Əsas məzmuna keç

Qoşma

Diıləyim

Məxdumqulu Fəraqi

1

Dərdli dilbər, dilləşərsən, gəl bəri, Dulluqdur mənim də dərdim, diləyim. Soraqlaram mən də sən tək bir yarı, Səni soruşmaqda yoxdur yalanım.

Əgər gənəş salsam tanış-bilişə, Deyərlər: «Şirin bal yağa garışa», Hər səhər əfv üçün çıxsam nalışa, Əvvəl yarım olar yada salanım.

Qiymətdə bənzərsən dürə, zərə sən, Tanımaza düşüb, dəymə yerə sən, Qadir qismət etsə, mənə varasan, Sənin kimin yardır mənim ölənim.

Hər dilbər ki könlüm öyün yarıdar, Yatan bəxtim ol yaradan oyadar, Qarğışım daşları mum tək əridər, Pür-budaq eyləyər alqış qılanım.

Gözəl görkün göydə gündən kəc deyil, Gözəl yarın olsa, ömrün puç deyil, Məxdumqulu, nə baş versə, gec deyil, Olsa mehribanım, nəzər salanım.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.