Əsas məzmuna keç

Qoşma

Didar var

Məxdumqulu Fəraqi

1

Bəndə olan haqq əmrin tut, tutmasan cabbar var, Düz gedən bəndələrə yaxşılıq ü didar var, Kim yamanlıq eyləsə, həm bilgici qaffar var, Qılı qırx ayırmağa Münkər-Nikir təyyar var, Burda bir azar versən, orda min bir azar var.

İki aləm yaradan qadiri-qaffar, əhəd, Bir adın qulhuvAllah, biri Allahüs-səməd, Dur səhər, yad et xudanı, ertə durmaq qıl adət, Asi ümmətlərə vergil, ya Məhəmməd, sən mədəd, Əzrayıldır, Cəbrayıldır, cəllad, həm səttar var.

Bəllisi Dəccal çıxar, budur qiyamətdən nişan, Kimsələr gəldi, yüyürdü kimin oldu bağrı qan, Ol xudanın əmrindən həm bixəbər bəndəsi kan, Binamaznın həmdəmidir ol ilan birlə çayan, Uzaq yollar, böyük dağlar, onda susuz çöllər var.

Ol peyğəmbər yeddi duzəxdən atasın almadı, Padişahlarda adillik, yurdda rastlıq qalmadı, Namazxon alimi Allah duzəx içrə salmadı, Binamaz bəndələri ol cənnət içrə girmədi, Qıldan incə, qılıncdan iti, onda neçə yollar var.

Neçələr rəydə-fikirdə, neçələr iman tələb, Neçələr dünyasına məğrurdur, ağılsız cələb, Binamazı min güzərlərdən çağırarlar gəlib, Ol müvəkkillər külünü sovurarlar ələyib, Binamaz bəndələrə onda zəqqum sular var.

Binamazın ağzından həm qan ilə irin axar, Həm ilanlar toplaşıb, qurdlar ilə murlar soxar, Arxadan gəlsə müvəkkil, cayıdır duzəx saqar, Binamazlar çar tərəfə fırlanıb hər yan baxar, Binamaz bəndələrə oddan libas-donlar var.

Binamaz çəkən əzaba dağ ilə daşlar ərir, Binamazlar su diləsə, su yerinə zəhər verir, Arxadan gəlsə müvəkkil, duzəxə caynaq gəlir, Binamaz, birövzələrin halı onda bilinir, Binamaz bəndələrə onda irin, zəhər var.

Əl-ayağın bağlayıb, buzdan sənə kəfən biçər, Binamaz bəndələr onda varıb zəhər içər, Kimsə gər bifərzənd isə, öldü, onun şəmi sönər, Min əzabdır başlarında, neçələr hər yan keçər, Binamaz bəndələrə qəzəb bilən qəhər var.

Ol xudanın qüdrətin gör, yeddi duzəx var imiş, Binamazlar dad edər: «Allah, xudayım bu nə iş», Namazxan bəndələrə müyəssərdir səkkiz behişt, Huri-qılmanlar qaşında, aşıdır nurdan yemiş, Namazxan bəndələrə səkkiz behişt təyyar var.

Sözləsəm, Məxdumqulu, sözüm əcaib dür olar, Ol xuda əmrində düz bəndə behiştdə gül olar, Rast yürüyən bəndələr ərş üstündə bülbül olar, Binamaz-fasiq xudanın altında münkir olar, Odlu gürzü, odlu kösöv, onda iki əyyar var.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.