Əsas məzmuna keç

Qoşma

Dəyməz

Məxdumqulu Fəraqi

1

Baylar vardır, qəriblərə rəhm eylər, Vardır baylar, dünya malına dəyməz. Gözəl vardır, dünya malın xərc etsən, Vardır gözəl, yeyən nanına dəyməz.

Dünyada xəsisin üzünü görmə, Aş ilə nanını nə al, nə vermə, Qul deyib, igidin əslinı sorma, Xocası var, bəlkə, quluna dəyməz!

Dünya malın versən, yiyəsi satmaz, Şah istəsə, onun diləyi bitməz, At var ki, pul versən, bahası yetməz, At var ki, beldəki çuluna dəyməz.

At gərəkdir ərə savaşda sərxoş, Yad ilə barışsan, olar qarındaş, Yaxşı oğul, yaxşı əyal, qız, qardaş — Bu dövlət hər kəsin əlinə dəyməz.

Məxdumqulu, bu dünyanın işrəti — Yemək, içmək, minmək, qucmaq, söhbəti, Bir neçələr müdam qılar taəti, Neçənin səccadə alnına dəyməz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.