Əsas məzmuna keç

Qoşma

Dəyməz

Məxdumqulu Fəraqi

1

Bir neçənin dövranı, Fani cahana dəyməz. Buncanın yeni salı Dərya-ümmana dəyməz.

Kor əlində dayağı, Göz yerində ayağı, Buncaların ayağı Xərə, madyana dəyməz.

Dağlar başı dumandır, Yellər daim rəvandır, Onca dağlar virandır, Qədri dumana dəyməz.

Kiminə vermiş malı, Kimi görər vəbalı, Neçələrin iqbalı Fani cahana dəyməz.

Görkü var mərmərlərin, Damarıdır yerlərin, Görün, neçə pirlərin Əli Qurana dəyməz.

Məndən qeyri yox odlu, Daim ondan adətli, Məxdumqulu həsrətli, Əli dastana dəyməz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.