Əsas məzmuna keç

Qoşma

Dəyməmiş

Aşıq Ələsgər

1

Dad sənin əlindən, a qanlı fələk, Könül həsrət qaldı, yara dəyməmiş! Köhnə yaram qövr eylədi təzədən, Təbib neştər vurdu yara dəyməmiş!

Gözüm qaldı "əlif", "bey"də, "yasin"də, Yaradanım, kömək eylə ya sində. Qaldım səməndər tək qəm dəryasında, Yandı balü pərim nara dəyməmiş!

Ələsgər, üsyanın çıxıbdı sandan, Öldürsən zənburu, əl çəkməz şandan. Hərcayıdan, müxənnəsdən, nadandan, Nə söz qaldı sənətkara dəyməmiş!?

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.