Əsas məzmuna keç

Qoşma

Dəyişməz

Zəlimxan Yaqub

1

Hər zaman çalsa da öz havasını, Heç vaxt sənətkara rəğbət dəyişməz. Dünya dəyişər də, dəyişilər də, Əqidə dəyişməz, sifət dəyişməz.

Kim südü çürüksə, o saxta çıxar, Kim şah olacaqsa, o taxta çıxar. Alına nə yazılıb, o baxta çıxar, Allahın verdiyi qismət dəyişməz.

Yazdığın yazıdan, əsərdən yapış, Sözün gücündəki kəsərdən yapış. Zəlimxan, qələmdən, dəftərdən yapış, Siyasət dəyişər, sənət dəyişməz.

2006, 2 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.