Dəyirman
Üyüdə-üyüdə yol gedir elə, Təkcə dən üyütmür dən dəyirmanı. İnsafı, imanı yedi, tükətdi, İnsaf dəyirmanı, din dəyirmanı.
Ömrü dərdə verdi, azara verdi, Bir gedib qayıtmaz güzara verdi. Beşikdən götürdü məzara verdi, Nə canlar üyütdü can dəyirmanı.
Qalxan qasırğalar cana yağıdı, Əlinə nə keçsə vurur, dağıdır. Dünya başdan-başa qan çanağıdı, Dünya başdan-başa qan dəyirmanı.
2000, 24 aprel Ankara