Əsas məzmuna keç

Qoşma

Deyirəm

Zəlimxan Yaqub

1

Mənə bir layla çal, ay sədəfli saz, Nə pərdə dincəlsin, nə sim deyirəm. Qoyma yas içində gümüş telləri, Mən ona avazım, səsim deyirəm.

Sən yaşa dünyada, mən də var olum, Yerə sirdaş olum, yurda yar olum. Dərdin qarşısında bir hasar olum, Qəmin yollarını kəsim, deyirəm.

Sən elə dillən ki, dil ver lallara, Dalım yavaş-yavaş xoş xəyallara. Toxunan olmasın zərif xallara, Hər hava üstündə əsim, deyirəm.

Geymişəm hər zaman yaşıl alını, Görmüşəm dünyanın gül camalını. Özgə neyləyirəm dünya malını, Bu nemət bəsimdi, bəsim, deyirəm.

1978, 9 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.