Əsas məzmuna keç

Qoşma

Deyir

Zəlimxan Yaqub

1

Hərdən havalanıb eşqə düşəndə, Könül, ya kamanam, ya taram deyir. Süzülüb ən şirin duyğular kimi, Ellərin ruhuna yataram deyir.

Qoymaram arzunu, xəyalı darda, Gül-çiçək açaram boranda, qarda. Məndədi məclis də, toy da, mağar da, “Segah”am, “Şahnaz”am, “Qatar”am deyir.

Fikirlər beynində geyməsin qara, Zəlimxan, sən hara, yorulmaq hara. Uzaq mənzillərə, uzaq yollara Yeriyib, yüyürüb çataram deyir.

1975, 1 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.