Deyildi
İnsan xoş diləklə gəldi dünyaya, Torpağa bağçası, bağı deyildi. Coşqun cavanlığın qaynar vaxtına, Ömrün ən istəkli çağı deyildi.
Kim istər həyatda günü puç keçə, Varlığı yox olub, dönə bir heçə. Vaxtsız ayrılığa, vədəsiz köçə Sinənin sağalmaz dağı deyildi.
Açıldı gül-çiçək, yağdı yağış, qar, Gözü həm qış gördü, həm əlvan bahar. Gələndə eşqinə layla çaldılar, Gedəndə üstündə ağı deyildi.
1975, 23 yanvar