Əsas məzmuna keç

Qoşma

Dəyərmiş

Zəlimxan Yaqub

1

Ey gözəl, qədrini niyə bilmədim, Deməli, aramız belə dəyərmiş. Üzülüb əllərim sənin əlindən, Özgə bir yanağa, ələ dəyərmiş.

Neyləsin iradə, neyləsin dözüm, Günahkar bu yerdə özüməm, özüm. Baxdım çəmənliyə, aldandı gözüm, Rəngin min çiçəyə, gülə dəyərmiş.

Daşlara dağıldı harayım, ünüm, Bir də qovuşmağa yoxdu mümkünüm. Sən demə, səninlə bir keçən günüm Anlayan yanında ilə dəyərmiş.

1973, 15 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.