Dərdimi
Açdım ürəyimi ürəksizlərə, Qoydular söhbətə, sözə dərdimi. Daddım ləzzətini, bildim işimi, Heç kimə demədim təzə dərdimi.
Anlamaz yanında qaraldı qanım, Gülmədi üzümə axşamım, danım. Gördüm, söyləməsəm yanacaq canım, Söylədim ocağa, közə dərdimi.
Zəlimxan biləndi bəmin qədrini, Söhbətin qədrini, dəmin qədrini. Nanəcib bilməyə qəmin qədrini, Qorxuram gətirə gözə dərdimi.
1973, 30 oktyabr