Əsas məzmuna keç

Qoşma

Dərdi dağılmasa, dağılar ürək

Zəlimxan Yaqub

1

Dərdi dağılmasa, dağılar ürək, Bilirəm dərd əhli niyə danışır. Biri qismətini yerdə axtarır, Biri arzusunu göyə danışır.

Daşıyır ağrını, çəkir acını, Bir sözdə axtarır son əlacını. Kimi saz eyləyir tut ağacını, Kimi qamış tapır, neyə danışır.

Çəkmişəm dağların daşı çəkəni, Dağ çəkməz gözümün yaşı çəkəni. Bədbəxt o kəsdir ki, başı çəkəni Qanana danışmır, keyə danışır.

2002, 31 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.