Əsas məzmuna keç

Qoşma

Dərd nədir

Məxdumqulu Fəraqi

1

Ağıl, göz, həm iqbal, iman, bu dörd şey Uzaq olsa, dərman nədir, dərd nədir. Ər igidin olmaz üzdə pərdəsi, İqbal yatsa, namərd nədir, mərd nədir.

Yaxşı dərdə düşər, ağlar yamana, Namərd qara görsə, gələr amana, Nəsib olsa, minsə yorğa madyana, Tanıyammaz, başı nədir, art nədir.

Namərd çaşar, kürən ilə baş olsa, Aybın açar, öz elindən dış qalsa, Sərxoş olan qoç igidə tuş olsa, Çalar qılınc, üçü nədir, dörd nədir.

Rüstəm Zal ad aldı, atlanıb atın, Nə ziyad iş etdi, deyin, qeyrətin, Pələng qəzəblənib vursa heybətin, Dura bilməz, bars nədir, qurd nədir.

Məxdumqulu, dönər fələyin çərxi, Tanırsan şol zaman tuş gələn nırxı, Namərdin yanında yox elin fərqi, Felin gözlər, məkan nədir, yurd nədir.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.