Dərd çoxalsa, dəva sızlar
Uçub getdi könlüm quşu, Budaqda bir yuva sızlar. Görən, harda qərar tutur, Yurd itirmiş yuvasızlar.
Bulud axdı, göy titrədi, Gözümdə hər şey titrədi. Könlümdə bir şey titrədi, Başımda bir tava sızlar.
Bax saçlara düşən ağa, Bax sinədə çarpaz dağa. Gücü çatmaz sağaltmağa, Dərd çoxalsa, dəva sızlar.
2001, 20 sentyabr