Dəqiqələr var
Ayları, illəri almazdım saya, Anları sayıram, indi anları. Azaldıqca ömür, çoxaldıqca yaş, Çoxalır həyatın imtahanları.
Enişdən, yoxuşdan keçdi ömür, gün, Həyat yollarında gördüm nələr var. İtən, unudulan aylar, fəsillər, Allahlıq eləyən dəqiqələr var!
1978, 7 yanvar