Dənizi qoru, Tanrım
Düz iyirmi gün, iyirmi gecə Gecədən, gündüzdən keçə-keçə Otağımın qapısı açıldı Xəzərə. “Getmə gözümdən, gedərəm özümdən”, – dedi, Bu ilahi, bu tanrısal mənzərə. Dənizin küləkləri sığal çəkdi tellərə, Dalğa öpüş göndərdi çiçəklərə, güllərə. Dənizi qoru, Tanrım, Yaratdığın gözəllik qoy gəlməsin nəzərə!