Dənizə baxıram
Dənizə baxıram dalğın, fikirli, Baş vur, qucağımda üz deyir mənə. Ömrü əbədidi, tarixi sirli, Əfsanə danışır, söz deyir mənə.
Dənizə baxıram, sevinir ürək, Dalğa şöhrətinə çatır ləpələr. Sevdiyim nəğmənin şirinliyitək, Mənim ürəyimə yatır ləpələr.
Çatdığı zirvədən istəmir enə, Olub dalğaların saçı qar kimi. Dənizin sinəsi qabarıb yenə, Oğlu şair olan analar kimi.
1974, 22 dekabr