Əsas məzmuna keç

Sərbəst şeir

Dəniz

Zəlimxan Yaqub

1

İşıq ver, gözümə, dəniz, Gülümsə üzümə, dəniz. Mən sənin sahilinə, Nə bir giley-güzarım, Nə umu-küsüm üçün gəlmişəm. Mən sənin sahilinə, Səndən almaq istədiyim Şirin bir təbəssüm üçün gəlmişəm.

Məni sıxanda hava, Məni darıxdıranda yer – Sənin üstünə qaçıram. Nə istəsəm, Sən Allah, könlümü qırma, Ver, dəniz! Ver! Ver!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.