Əsas məzmuna keç

Qoşma

Deməmişəm

Zəlimxan Yaqub

1

Gözüm görə-görə kor olammaram, Baxıb görməyənə göz deməmişəm. Dilin ağasıyam, ürəyin qulu, Qəlbim hökm edəndə döz deməmişəm.

Düz sözə çoxları incidi, küsdü, Yayıldı, açıldı sirrinin üstü, Oda od deməmişəm, tüstüyə tüstü, Yandırıb-yaxmasa, köz deməmişəm.

Çiçəkli baharam, şaxtalı qışam, Soyuq bir nəzərəm, odlu baxışam. Tikanı olanı tikanlamışam, Gülə güldən artıq söz deməmişəm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.