Dəlidən doğru xəbər
“Filankəs dəlidi dərdin əlindən”, Çatır qulaqlara ağrı xəbəri. Çox zaman insanlar ağıllıdan yox, Dəlidən eşidir doğru xəbəri.
Kimə tor toxuyur, kimə zər-xara, İş görür fələyin əli xanada. Dəlilər meydanda at oynadırlar, Yatır ağıllılar dəlixanada.
2007, 30 oktyabr