Əsas məzmuna keç

Qoşma

Dəli Alı

Aşıq Ələsgər

1

Gün kimi aləmi tutubdu adın, İyidlər sultanı, xanı, Dəli Alı!

Pirim Şahi-Mərdan verib muradın, Artırıb şövkəti, şanı, Dəli Alı!

Süzəni götürüb minəndə ata, Fələk əhsən deyir boya, büsata, Nərə çəkib təpinəndə saldata, Sel kimi axıdır qanı, Dəli Alı…

… Namərdlər əlindən çəkirlər haşa, Namuslu iyidsən, səni yüz yaşa. Tüfəngin gülləsi işləyir daşa, Tək qaytarır yüz düşmanı, Dəli Alı.

Dərs alıbdı o Əliyyi-əladan, Xof eyləmir Xeybər kimi qaladan. Gəzən zəlzələdən, yaman bəladan Hifz eyləsin kərəm kanı, Dəli Alı!

Məclisində duran canlar sağ olsun, Həmişə məclisdə bu damağ olsun, Sərdar bağışlasın, üzün ağ olsun, Sən sürəsən bu dövranı, Dəli Alı!

Ələsgərin toy işi var əlində, İşi təhər tapmır Göyçə elində. Sənin kimi mərd iyidin yolunda Qurbandı aşığın canı, Dəli Alı!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.