Dəhnamə
Ba ismi-ilahü fərdi-yəzdan, Rəhmanü rəhimü heyyi-sübhan Hər karını, ey dil ibtida qıl, Çün əhdə bəli dedin, vəfa qıl. Ta hər bir işin yetə kəmalə, Şükr eylə cəlili-zülcəlalə. Vird eylə sənayi-Mustafanı, Zikr eylə kəmali-Murtəzanı. Ta ola işin dürüstü kamil Əz fəzli-əimmeyi-əfazil. Bəs söylə nə boldu həsbi-halın? Dil şadlığın, ğəmü məlalın? Eşq əhlinə ta ki, pənd bolsun, Bəzm əhli ara pəsənd bolsun.
Tövhidi-həqq
Allah kərimü ləmyəzəldir, Zati əbəd oldu, həm əzəldir. Var etdi cəhani yox ikən ol, Kimsə bulamaz bu sirrə heç yol. Nuri-nəbidən yaratdı qəndil, Qıldı nəzər ona neçə min il. Kəsb etdi kəmali ol nəzərdən, Ol dürri pür etdi bəhrü bərdən. Su boldu həyadən ol cəvahir, Dutdu qamu fövqü təxti vafir. Yaratdı gögi təfindən anın, Xəlq etdi yeri kəfindən anın. Qüdrət qələmilə yazdı kafi,
Ol kafə ulaşdı nuni-safi. Bəs gəldi vücudə kün fəkan həm, Xətm oldu zəman ilən məkan həm. Fövq oldu məqami-ərşi-ə’la, Təxt oldu məqərri-ərzi-süfla. Ol boldu mələklərin məkani, Bu oldu məqami-insü cani. Çün bunlara əqlü dil verdi, Qur’anı bizə dəlil verdi. Zatından anın nişan bilələr, Bir olduğunu əyan bilələr. Cənnəti yaratdı rəstkarə, Damunu düzəltdi əhli-narə. Munun həvəsindən ola taət, Anın xətərindən ala heybət. Fikr eylə kəmali-qüdrətin gör, Yad eylə həkimi, hikmətin gör. Bir gəz nəzər etdi müşt xakə, Bəs boldu qəfəs bu mürği-pakə. Bəxş etdi könül ki, qıla fikrin, Lütf etdi zəban ki, edə zikrin. Göz verdi ki, ta bəsir olasan, Doğru gedəsən bu haq yola sən. Eşitməgə səm’ü guş verdi, Fəhm etməgə əqlü huş verdi. Elm olmaz isə bularə təhsil, Heyvan der anıvü əvvəlin bil. Toprağə bitürdü dürlü əşcar, Hər bir şəcər üstə bitdi əsmar. Hər biridə bir kəmalü ləzzət, Lövnü nəzərü təriqü heybət. Daşdan çıxarur zülal suyi, Görsətdi zi nafə müşk buyi. Qan içrə bitürdü şiri-şirin, Qıldı be kərəm cəhanizərrin. Gər qılmaz isən bu ne’mətə şükr, Vər etməz isən bu ne’mətə fikr,
Bəs bil ki, yəqin zəlalət etdin, Həq nemətünün həqin unutdin. Ol xacəyə, bil ki, qul degilsən, Həq dərgəhinə qəbul degilsən. Allah deməyən təriqə getdin, Şeytani-rəcimi rəhbər etdin. Bu yolda imami rəhbər etgil, Bu zikri həmişə əzbər etgil.
Zikri-tələbi-rəhmət (Bağışlanılmağını istəmək haqqında)
Yarəb, bizə bağışla tövfiq, Nə rahi-məcazi, bil ki, təhqiq. İman ilə qıl dilimni məqrun, Zikrinlə sözümni eylə mövzun. Mən bəndeyi-acizəm, günəhkar, Olmadı işim becüz günəh kar. Sən fəzli-əmimü pür kərəmsən, Qıl fəzl edübən mana kərəm sən. Çün mö’tərifəm yüküş günahə, Qəhr eyləməgil bu ru siyahə. Gər bəndədə var bəsi cərimə, Dutarmən ümidi sən kərimə. Latəqnətü boldu əmrin, ey həq, Ümmid neçük kəsəm mühəqqəq. Hər qüdrətə var hezar fikrim, Hər ne’mətə var hezar şükrim. Bir ol ki, ədəmdən eylədin var, Verdin kərəm ilə əqlü göftar. Bir ol ki, inayət etdin iman, Bildik səni, ey kərimü dəyyan. Lütf eylə nişaneyi-kərimi, Görsət bizə rahi-müstəqimi. Bir yaxşı məta’ əlimdə yoxdur, Səndə kərəm ilə lütf çoxdur. Kəsmə kərəmin bu binəvadən,
Ayırma livayi-Mustafadən. Kim, xoşluğuna düzəldi aləm, Əflakü mələk, zəminü adəm.
Dər nə’ti-rəsul
Ol şəm’ ki, nuri-ənbiyadır, Ol nur ki, mahi-övliyadır. Dedi ana heyyi-sanei-pak: Lövlak lima xilqətül-əflak. Müştaqi anın qamu peyəmbər, Mə’muri anın mülukü Səncər. Ol izi türabi-qürrətül-eyn, Ol mayə məqami-qabi-qövseyn. Ol qıldı münəvvər afitabi, Şəqq etdi əlilə mahtabi. Kafir dilədi dəlili-tövzih, Rik etdi anın əlində təsbih. Çün badi-səhər pəyamə gəldi, Ahu yügürüb səlamə gəldi. Qəsd etdi ana çü xəsmi-bədxu, Şəhd oldu anın önündə ağu. Gül verdi anın düri-sifatın, Qumrular oxudu mö’cüzatın. Daş mö’cüzü birlə dilə gəldi, Həm sayəsi nuri bilə gəldi. Ayağı basan yer oldu sər tac, Cövlani-Buraqi suyi-me’rac. Tə’n etdi fələkdə mehrü ayə, Salmadı vücudi yerə sayə. Din ləşkərinə himayət etdi, Həq yolu bizə hidayət etdi. Öz ümmətini qılıb güzidə, Oldu dü cəhanda nuri-didə. Həm şə’ninə münzəl oldu Qur’an, Qərq eylədi küfrü, oldu fürqan. Çün xətmi-dəlili rövşən oldu,
Əşcar əgildi, səcdə qıldı. Nur etdi yeri yüzi çırağı, Pür etdi saçı qamu dimağı. Ol şəb ki, yeridi suyi-cəbbar, Cəbril önüncə ğaşiyədar. Həq həzrəti saru yol varanla, Rəfrəflə töküldü səndəs anda. Xətm oldu cəmin-ənbiyadə, Oldu mələkut ana piyadə. Ruhül-qüdüs oldu ğaşiyədar, Keçdi yedi gögləri səbəbkar. Nə’lini-xücəstə basdı ərşə, Nuri-rüxi doldu ərşü fərşə. Gər cümlə peyəmbər etdi mö’ciz, Mö’cüzdə qamuni qıldı aciz.
Dər mənqəbəti-şahi-mərdan əli (Əlinin tə’rifi)
Ol şah ki, məzhəri-xudadır, Həqdən kim anı deyər cüdadır. Cümlə səbəqaldı övliyadən, Piş oldu kəmalı ənbiyadən. Məqsudi-cəhan cəmin sənsən, Ey gövhəri-pak, sən nədənsən? Adəm nə bilür həqiqətini, Bilməz çü mələk təriqətini. Gəldi süvəri-vücudə həq sən, Həq səndə zühur, eyni-həqsən. Ey sirri-hidayətü vilayət, Bu bəndənə qıl kərəm inayət. Qədrin ki, göründü müntəhadə, Ərş oldu çü kürsi üstivadə. Məzduti-yəqin məqami səndə, Cəbrili-əmin kəlami səndə. Ruhül-qüds oldu ismi-zatın, Münkir nə bilür nədir sifatın.
Həm səndə bulundu ismi-ə’zəm, Həm səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lolak: Lövlak lima xilqətül-əflak. Dərya qamusı mürəkkəb olsa, Katib mələkut mürəttəb olsa, Yazmaya olar qamusı vəsfin, Həqdən həq olur nəsibü qismin. Könlün sənin oldu bəhri-qüdrət, Ol bəhr ki, oldu mövci rəhmət. Ayırma həqiri rəhmətindən, Dur eyləmə şükri-ne’mətindən. Mən tək sana bəndə ola bihəd, Kəmtər zi kəmin, ğulami-biəd. Lütf eylə fəqirə, ya ilahi, Əzl eyləməgil bu rusiyahi. Kuhi-kərəmü livayi-rəhmət, Dəryayi-fütüvvətü mürüvvət. Çün nuri-zəminü asimansan, Məqsudü muradi-kün-fəkansan. Təndir bu cəhan, içində sən can, Yalğuz nə can ki, cani-canan. Sən məzhəri-lütfi-həqsən, ey şah, Ol bəndələrin işindən agah. Çox rəhmətinə ümidvarəm, Kim var dəxi, bəndə kimə varəm? Gər məqbul isəm, məni qəbul et, Həq dərgəhinə kəminə qul et. Vər müdbir isəm, həman səninəm, Gər yaxşı və gər yaman səninəm. Heç yox mənim əlimdə nəstə, Biçarə qulam şikəstə bəstə. Sən şahi-kərimi-pür kərəmsən, Ümmidi-əmaimü üməmsən. Həqqin sağ əli sənin əlindir, Allah yolu sənin yolundur. Həq yoldan azıtma, ya ilahi,
Kim, sənsən iki cəhan pənahi. Həq gördü nəbi beşəkli-ərslan, Yeddinci fələkdə sizni dərban. Kəsmə nəzərin bu natəvandan, Ayırma məni ol asitandan. Sənsən yaradan bu xasü ami, Küstax demən dəxi kəlami. Ey nuri-xuda, çıraği-aləm, Qoyma məni zülmət içrə qaləm. Ey iki cəhanın afitabi, Var eylə çü zərrə mən türabi. Qıl baqi məni fəna yüzündə, Sən həqsənü mən xəta yüzündə. Sən kani-mürüvvətü ətasin, Bağışla Xətayinin xətasin.
Mürəbbe
Şah iki cəhanın əfzəlidir, Allahın əli anın əlidir, Ol söz ki, zəmanə heykəlidir, Allahü Məhəmmədü Əlidir.
Olmağ diləsin işin mülayim, Olgil Əlinin işinə qayim, Kim, əhli-həqin dilində dayim Allahü Məhəmmədü Əlidir.
Ol sirri-vilayətü kəramət, Sahibhünərü düri-vilayət, Həqqi sevənə qılan himayət Allahü Məhəmmədü Əlidir.
Gər dilər isən olasan adəm, Xəlq içrə sözün ola mükərrəm, Yad et ki, duayi-ismi-ə’zəm: Allahü Məhəmmədü Əlidir.
Övqati-cəmadü virdi-heyvan, Bər ruyi-zəminü çərxi-eyvan, Təsbihi-mələk, duayi-insan Allahü Məhəmmədü Əlidir.
Səhradə zəbani-hər giyahi, Dəryadə həmişə zikri-mahi, Hacət diləyəndə, ya ilahi, Allahü Məhəmmədü Əlidir.
Murü məgəsü tüyurü zənbur, Hüşyarü divanə, məstü məxmur, Hər şamü səhər dilində məzkur Allahü Məhəmmədü Əlidir.
Əsrari-məqami-qabi-qövseyn, Gözlərdə rəvaqi-qürrətül-eyn, Dillər diləgi, muradi-kövneyn Allahü Məhəmmədü Əlidir.
Hər şey ki, yaratdı dər du aləm, Adəm dəmidin be dövri-xatəm Zikrində həmin səbahü əxşəm Allahü Məhəmmədü Əlidir.
İqbali-üməm, kəmali-taət, Ənvari-hüda, çiraği-dövlət, Miftahi-kəlid, babi-cənnət Allahü Məhəmmədü Əlidir.
Yazıldı vəlilər adı üstə, Həm zülfiqarın poladı üstə, Cəbrili-əmin qanadı üstə Allahü Məhəmmədü Əlidir.
Mö’mində nihadi-əsli-iman, Həm dəf’i-bəlayi-şərri-şeytan,
Həqdən səbəbi-nüzuli-fürqan Allahü Məhəmmədü Əlidir.
Qalxani-qəza-zəmani-möhlət, Tiği-kərəmü kəmani-nüsrət, Ümmidi-cəhan, şəfii-ümmət Allahü Məhəmmədü Əlidir.
Həm mö’təkifin könüldə fikri, Həm sufilərin dilində şükri, Həm qazilərin qəzadə zikri Allahü Məhəmmədü Əlidir.
Mö’minlərə yarü ğəmgüsari, Üsyan qışının gözəl bəhari, Ərşin dirəgi, yerin qərari Allahü Məhəmmədü Əlidir.
Başlarda hümayi-taci-dövlət, Mərvanə bəla, Yəzidə lə’nət, Həm qazilərin qolunda qüvvət Allahü Məhəmmədü Əlidir.
Fəxrü şərəfü nüfusi-əyyam, Zikrü həvəsi-xəvasü ə’vam, Nəqşi-ələmi-dəvazdəh imam Allahü Məhəmmədü Əlidir.
Mətlubi-ibadətü şəriət, Məzmuni-iradətü təriqət, Məqsudi-həqaiqü həqiqət Allahü Məhəmmədü Əlidir.
Musayə mədəd qılan əsanı, Həm Xızra həyati-cavidanı, İsa dəmi, Nuh kəştibanı Allahü Məhəmmədü Əlidir.
Yəqubi ğəm ilən ağladan zar, Yusifə verən cəmali-rüxsar, Həm odu qılan Xəlilə gülzar Allahü Məhəmmədü Əlidir.
Qəmxari-əmanü hövli-məhşər, Əllər dutuban siratə rəhbər, Mizanda ağır, behiştə yavər Allahü Məhəmmədü Əlidir.
Şəh qullarının ümidgahı, Dünya bilə üqba padşahı, Biçarə Xətayinin pənahı Allahü Məhəmmədü Əlidir.
Fi zikri-əsmai-əimme
Övsafi-əimmeyi-məfaxir, Ümmət olarunla boldu faxir. Ol nur ki, adı Mustafadır, Kövneyi ümidi Murtuzadır. Bəs nuri-həsən livayi-ədyan Kani-kərəmü dili-rizadır. Fəxri-şühəda Hüseyni-məqtul, Məzbuhü şəhidi-Kərbəladır. Bəs zini-zəmanə Abidin şah Dər cəm’i-əimmə müqtədadır. Baqir sifət ol imam Məhəmməd Kim, doğru imamü pişvadır. Bəs Cə’fəri-sadiq, ol dili-sidq Ba fəzlü ülum mühtədadır. Bəs Musa gəlür, sifatı Kazim, Nuri-kərəmü dəmi-xudadır. Bəs Musiyi-ben riza ki, dər din Safi dilü şəm’i-əsfiyadır. Bəs gənc Təqi Məhəmməd, ol kim, Dər mülki-əimmə müttəqadır.
Bəs kani-Təqi Əliyi-Nəqi Məcmuyi-cəhanə rəhnümadır. Bəs şah Həsən, sifatı Əskər, Ədyanü miləldə padşahdır. Bəs xətmi-zəman Məhəmmədi-din Kim, Mehdiyi-mülki-ənbiyadır.
Sifəti-gülşəni-bahar (Bahar güllüyünün təsviri)
Qış getdi, yenə bahar gəldi, Gül bitdivü laləzar gəldi. Quşlar qamusu fəğanə düşdü, Eşq odu yenə bu canə düşdü. Yer geydi qəbayi-xizrpuşan, Cümlə dilə gəldi ləbxəmuşan. Sərvin yenə dutdu damənin su, Su üstə oxudu faxtə gu-gu. Ğönçə dəhəni çəməndə xəndan, Gülmaxdan ənar açıldı dəndan. Bülbül oxudu sifati-hicran, Dəryadə dür oldu əbri-neysan. Durna uçuban həvayə düşdü, Laçın aluban ovayə düşdü. Alma ağacı dibində sayə Tə’n eylər did bulutda ayə Yaşin yerə tökdü əbri-neysan, Bülbüllər oxudu səd hezaran. Mey bəslədi jalə hər vərəqdə, Türrac kitab oxur təbəqdə. Qum-qum der idi ağacda qumri, Məst oldu bənövşə içdi xəmri. Şax üstə qabaqlar hali, Qu gərdənindən verür misali. Quş beççələri ünü yuvadən Məktəb ünü tək gəlür həvadən. Boyandı zəmin hezar rəngə,
Övraqi-şəcər də təngə-təngə. Nilufər açıldı, suyə girdi, Pirahənini başına sardı. Çinar əlini çü rəqsə açdı, Gül xurda zərin şəbaşə saçdı. Çaylar bulandı, yıxdı arxın, Bağlar ağacı gögərtdi şaxın. Gilas ağacı dibində mahüm, Çün mah idi dər miyani-əncüm. Yüz dürlü qəba geyib çəmənlər, Ağ donunu geydi yasəmənlər. Şax üstə şükufeyi-şəcərlər Musa əlidən verür xəbərlər. Sirabi gülün yüzündə abi, Nərgis oturur gözündə xabi. Hər ğönçədə vərdi-ərğəvani, Qumri gözüdən verür nişani. Ta çalmaya dan yeli tapınçə, Yüzinə niqabın örtdü ğönçə. Yaşıl çəmən üstə jalə çin-çin, Əxzər fələk üstə rəşki-Pərvin. Sərv etdi çəməndə sərfərazi, Gül cilvələnir başında nazi. Çıxmış budağ üstə əndəlibi, Mənbərdə oxur çəmən xətibi. Cular axadır çəməndə hər su, Nərgis gülünün gözündə uyxu. Lalə oturur başında taci, Heç sərvərə yoxdur ehtiyaci. Sünbül daramış başın be şanə, Ənbər qoxusun qılur fəşanə. Cular axadır kənari-bağdan, Su içməgə ahu gəldi dağdan. Lalə gecələr yaxıb çiraği, Aşiq cigərinə çəkdi daği. Naz ilə bəzəndi bağ sərvi, Sancıb başına dümi-təzərvi.
Güllər vərəqinə doldu şəbnəm, Çün birgeyi-hövzi-abi-zəmzəm. Al ilə yaşıl geyindi bağlar, Ağ ləçəgi sərpə saldı dağlar. Susən qılıc aldı, bid xəncər, Eyş etməyənin gözinə sancər. Pərvaz qılur havadə turğu, “Ya rafe” oxur, kimisi yahu. Sayrar ağac üstə yüz sığırçın, Ahəng dutar ona gögərçin. Əsməkdə nəsimi-ənbərəfşan, Yaprağnı qılur budağda lərzan. Ötkün quşu köçdü, qıldı pərvaz, Durnavü üqabü qurqura, qaz, Murçinü cürəvü nərgə, sona Yaydı qanadın ki, gölə qona. Kəklik gülür idi dağda qah-qah, Bayquşlar oxurdu “li məallah”. Sərv öz ayağına sayə salmış, Zilli-saçını hümayə salmış. Novruz gülünün açıq dəhanı, Mürğ anda hezar oxur zəbanı. Daylar tülədi, buraxdı yalı, Kişnər çalağan qulun misalı. Quzladı qoyin, töküldü döllər, Yaylağ həvəsini qıldı ellər. Düşmən qanı tək qızardı hər su, Ötkün saruya yeridi ahu. Bir-birini qavur keyiklər, Bala dölümün qılur peyiklər. Durmuş çəmən üzrə sərv ayağə, Qılmağa təmaşa solü sağə. Gül düxtəzinin ərusu yetmiş, Gülgün duvağın başına örtmüş Ahu quzu doydurub uyutdu, Oğurlanıb özü ota getdi. Səhrayə buraxdı nafə ahu,
Xaki-siyəh oldu müşki-xoşbu. Durna uçub ün çəkib həvadə, Gedər ünü qırx ağac ziyadə. Bağrı qaranın qarardı bağri, Şahbaz ona varanda doğri. Quşlar yuvadan uçurdu balə, Ahu yenə sür verür gəzalə. Çıxdı günəşə yer əjdəhası, Buynuzunu saldı dağ buğası. Hər bir çiçək üstə qondu zənbur, Dövşürməgə çıxdı danəsin mur. Hər şey günəşə qurutdu yaşin, Qövsi-qüzeh açdı tər qumaşin. Şəb cü-cü edir ağacda sərçə, Uçanda, qonanda beylə parçə. Yaprağı ağaclar üstə lərzan, Kimisi çü tir, kimisi peykan. Şəh tuti oxur şəkər kəlamin, Qənd ilə pür etdi bəndü damin. Döndü vətəninə cümlə quşlar, Gəldi yuvasına qırlaquşlar.
Dər zikri-ünvani-aşiqi və əhvali-xod (Bir aşiqin ünvanı və öz halı haqqında)
Aləm qamusu bu dəmdə xoşhal, Mən öz işimdə fariğül-bal. Gəh yerir idim çü ahu dağda Gəh axar idim çü cuy bağda. Gəh könlüm ilən çəməndə xürrəm, Gəh həmdəm ilən gəzəndə biğəm. Mə’şuq ilə eşqi tanımazdım, Heç kimə könül verim deməzdim. Derlərdi bu eşq qissəsini, Dil zərrə yeməzdi qüssəsini. Öz pişəmə, öz işimə qane, Heç kim yox idi kim, ola mane.
Kim desə mənə ki, aşiq oldum, Rüsvayi-dili-xəlayiq oldum, – Əbləh, – deyübən gülərdim ana, Hər tə’nə ki var, qılardım ana. Key əbləhü kəcxəyalü biəql, Bu sözmidürür ki, eylədin nəql. Ol odə salamı canı kimsə, Ğeydə verəmi inanı kimsə? Çün düşməmiş idi dil bu qalə, Yüz tə’nə qılurdum əhli-halə. Yanmıyan oda nə bilsün odi? Başdan çıxarur düşəndə dudi. Yə’qub oxurdu dər təəssüf “İnna əcəda berihi-Yusif”. Məcnun ögünə düşəndə Leyli, Gözdən axıdardı qanlu seyli. Fərhadə dəyəndə eşqi-Şirin, Eylərdi fəğani-zəhragin. Əlqissə, bu sözü bilməz idim, Üşşaqi gözümə almaz idim. Bir gün çəmən içrə seyr edirdim, Pərvanə misali teyr edirdim. Bir sayeyi-sərvi-nazə yetdim, Bir ləhzə orada xabə getdim. Ruhaniyə ruh qıldı seyran, Gəl gör ki, mana nə qıldı dövran? Göründü gözümə bir pəriru, Xoş ləhcəvü xubcəmalü xoşru. Çün seyr ilə gəldi mana yetdi, Canü könül aldı beylə getdi. Hüsnü sifətin nə qılım anın, Nuri fələkin, gözü cəhanın. Xoş qaməti kəşki-sərvi-rə’na, Xaşak yüzündə vərdi-həmra. Qaşları kəmanü kiprigi ox, Aləm gözü qatda nərgisi-şux. Nə şəkli-pəri, mələk, nə insan,
Rövşən yanağında nuri-rəhman. Oldum beməsəl divanə bidar, Nə məstü nə aqiləm, nə hüşyar. Bilmən özümi ki, xandəyəm mən, Ya mürdəmi, yoxsa zindəyəm mən. Bağrım yaralu misali-lalə, Ğəmdən yürəgim dolu piyalə. Sona kimi göz yaşında qərqab, Səyyarə kimi du çeşmi bixab. El lalə təki piyalə nuşan, Susən kimi mən zi ləb xəmuşan. Göglərdə sədayi-əbr ünüm tək, Aləm gözümə qara, günüm tək. Bağlarda nəsim ənbərəfşan, Sünbül təki mən könül pərişan. Gər dağda, əgər çəməndə idim, Heç bilməz idim ki, xandə idim. İşim gecə-gündüz ahü zari, Dutmazdı dəli könül qərari. Nə fikri-yemək, nə xab dər çəşm, Xabim yerin aldı ab dər çeşm. Nə ab gözümdə, bəlkə xunbar, Qan doldu yaşımla kuhü gülzar. Bülbülni fəğanım eylədi lal, Boynumda səlasil oldu əğlal. Uzun gecələr səhər görünməz, Zülmətdə mana qəmər görünməz. Bu yola, ilahi, yoxmu payan? Bu dərdə, ilahi, yoxmu dərman? Biçarəvü zarü natəvanəm, Mən taqəti-ğəm nəmitəvanəm. Yar zülfi təki günüm qarardı, Yar ağzı kimi yerim darardı. Qanlar yuduram yüzündən ayru, Bimar tənəm gözündən ayru. Bilmən necədir kəminə halım, Artır dinü gün ğəmü məlalım.
Səbrin səbəbnini pişə qıldım Kim, mən bu xəyalı nişə qıldım? Qıldım könülə hezar nifrin, Kim, şad ikən etdi bizni ğəmgin.
Şe’r berəsmi-şekayət əz del (Ürəkdən şikayət yolu ilə şe’r)
Ey eşqə özin fəda qılan dil, Əz səbr məni cüda qılan dil,
Üşşaqı cəhanda xürrəm ikən Pür möhnətü pür bəla qılan dil.
Məhbubi-xücəstə zülfi çinin Bəndinə düşüb xəta qılan dil.
Dilşadləri könül gözündən Ğəm kuyinə aşina qılan dil.
Xoş xatir ikən fərağət əhli Dərdü ğəmə mübtəla qılan dil.
Yüz dürlü bəlayi-eşqə hər dəm Könlün verübən riza qılan dil.
Hər busəsinə gözəl nigarın Can ilə cəhan bəha qılan dil.
Sidqi-dil ilən yolunda yarın Öz ölməginə dua qılan dil.
Mə’şuqədən alsa qərz busə, Canü sər ilən əda qılan dil.
Bir zərrə təki günəş yolunda Yüz min həvəsü həva qılan dil.
Yarın diləyib bəqayi-ömrin, Öz varlığını fəna qılan dil.
Yüz hökm ilə şah ikən Xətayi, Yar eşiginə gəda qılan dil.
Dər vəsfi-hali-xod quyəd (Öz vəziyyəti barədə deyir)
Bu növ ilə iş kim, oldu bəd hal, Hər ruz mana keçirdi bir sal. Naləm gecələr olurdu yahu, İncəldi tənim misali-yek mu. Həm yox mana bir rəfiqü həmdəm Kim, eyləyə bu yaramə məhrəm. Həm səbrü qərarə taqətim yox, Həm dəxi kişilə ülfətim yox. Yüz dutdum ilah həzrətinə, Ol cümləyə şah həzrətinə.
Dər təzərröi-həzrəti-həqq (Tanrıya yalvarış)
Dedim ki, əya kərimi-biçun, Qoyma məni sən bu halə məğbun. Bu eşqə məni düçar qıldın, İşimni fəğanü zar qıldın. Bu mur gəzərdi binəva tək, Eşq ağzına saldın əjdəha tək. Lütf eylə məni-fəqirə bari, Öldürmə ğəm içrə zar-zari. Odu buraxan bu canə sənsən, Məqsudi verən cəhanə sənsən. Məqsudə yetir məni-fəqiri, Sənsən qamunun çü dəstgiri. Ya hicri mana vüsal qılgil, Ya həsrəti bu könüldən algil.
Bu növ ilə kim, niyaz qıldım, İxlas ilə kəşfi-raz qıldım, Hatifdən eşitdi guşim avaz Key sidqilə eşq evində sərbaz, Ol könül alan gözəl pəridir, Gülzari-cinan anın yeridir. Oldur oturur filan çəməndə, Çün sərvi-çəmən, çü ğönçə xəndə. Cövlandadurur qamu pərilər, Gün təl’ətü mah peykərilər. Dur, şimdi anın saru səfər qıl, Fərxəndə cəmalına nəzər qıl. Çün görə gözün rüxi-dilaram, Ol vəchlə duta könlün aram Kim, ayrulığ atəşi-səqərdir, “Əlqürb” civari-mö’təbərdir. Göz görməsə, dil gətürməz aram Kim, gözə verür məhəbbət ilham. Şayəd səni hər görəndə ol yar Könlündə mürüvvət edə izhar. Canın məgər anda bula rahət, Didarə baxıb edə qənaət. Bu sözə hezar şükr qıldım, Varmağa yolumni fikr qıldım. Yarəb, mana sən o yari vergil, Əğyardən ayru yari vergil.
Rəftəne-aşeq besuye-mə’şuq (Aşiqin mə’ şuqəyə tərəf getməsi)
Ol gülşəni soruban yeridim, Yarəb, nə ola işim der idim. Hər dəm yürəgim qılırdı tıp-tıp, Canım zi həvəs edirdi gup-gup. Özümni yetirdim anda naçar, Ol bağə ki, bəzm edirdi dildar. Bir şəkl göründü, bir şəmail,
Huşum bilə əqlim oldu zail. Gün kimi cəmalı tab salmış, Zülfi yüzinə niqab salmış. Yüz hurü pəri, hezar qılman Qulluqda durur mütii-fərman. Sərv anın içün əyağə durmuş, Xublar qamu solü sağə durmuş. Gül yüzi qızarmış infialdan, Bənövşə yerə baxır məlaldan. Nərgislər önündə cam dutmuş, Bülbüllər oxur, nizam dutmuş. Əflak yüzündə kaxü eyvan, Bir təxti-səradə bürci-Keyvan. Gül yastanuban nigar oturmuş. Qanlardan əli nigar oturmuş. Əz bərgi-səmən sərirü təxti, Gül kimi güşadə ruyi-bəxti. Məhlər qamusu əyağə durmuş, Kim solavü kimi sağə durmuş. Çakərlər içində şah nisbət, Kövkəblər içində mah nisbət. Şəhlər qamusu yanında nökər, Yusif yüzinə ğulami-kəmtər. İskəndər ana bir ayinədir, Darab qatında bəndə kirdar. Cəmşid anın piyalə giri, Cəm bəzmi-şərabının əsiri. Yüz qeysər ona ğulami-Rumi, Rüxsarı günəşmi, yoxsa rumi? Əngüştəridar ana Süleyman, İnsanü pəri sözinə fərman. Bir zərrə yüzi qatında xurşid, Bir ləm’ə cəmal qatında Nahid. Peyvəstə qılur itabü nazi, Dəstində inani-sərfərazi. Durdu, yeridi çəməndə rə’na, Başından ayaba candır ə’za.
Gül ğönçəsi tək niqab yüzündə, Məh kimi hezar tab yüzündə, Heç kimsə anın yanına varmaz, Heç mərdüm anın yüzini görməz. Doğru baxanın alırdı canın, Gözü görənin tökürdü qanın. Çün gördüm anı bu səltənətdə, Eyvani-kəmali-mənzələtdə. Vəhşət ətəginidutdu könlüm, Öz halətini unutdu könlüm. Dedim ki, diriğ, neyləyim ah. Mən zərrə ilən nə nisbət ol mah. Ol gögdə yerir, bəndə bər xak, Bu xak necük yetər bər əflak? Mən bir qulam, ol bir ulu sultan, Sultan ilə qul məqami xandan? Bu gücləri mana eşq qıldı, Bu vərtəyə canı eşq saldı. Fəryad ilə ah eşq əlindən, Ömr oldu təbah eşq əlindən. Eşqi anuban şikayət etdim, Ğəm şərhini binəhayət etdim.
Dər sefəte-atəşe-eşq (Eşq atəşinin səciyyəsi haqqında)
Eşq odu yamandır, ey xirədmənd, Bu bəndə dolaşma, gəl eşit pənd. Eşq uğraşur olsa kuhi-Qafə, Ənqa qıla Qafə irtihafə. Gər eşqi götürsə nöh fələklər, Çərx üzrə fələk yana, mələklər. Gər eşqin odu düşər zəminə, Suzi yetə ərzi-həftüminə. Bir zərrəcə eşq canə düşsə, Ya rəglər içində qanə düşsə, Bir dəm tən içində durmaya can, Həm rəglər içində xüşk ola qan.
Gər atəşi-eşq başə düşsə, Bir zərrəcə suzi daşə düşsə Qatlanmaya ana, çatlaya daş, Meydani-həvadə oynaya baş. Gər atəşi-eşq dilə düşsə, Bir qətrəcə bəhri-Nilə düşsə, Bir ləhzədə oda yana dillər, Hirqətdə quruya bəhri-Nillər. Gər eşqin odu düşərsə bəhrə, Səbr etməyə bəhr uş bu qəhrə. Ol oddur odu çıxardı daşdan, Əqli gəlicək apardı başdan. Ol oddur o kim, Xəlili Nəmrud Ba Məncəniq atdı anə çün dud. Eylərdi ol od Xəlili Möhrəq, Yanar günüdə deməsə “ya həq”. Uğraşdı ol od beqəlbi-Məcnun Fərhadı ğəm ilə qıldı məhzun. Vətfindən anun yetərdi neylər, Fərhadə son ucu gör ki, neylər? Oldur ki, ana sataşdı həllac, Mahmud misali sahibi-tac. Bir darə birini mənzər etdi, Bir qula birini çakər etdi. Oldur ki, ana yıxıldı Yə’qub, Həm çəkdi anın bəlasin Əyyub. Ağlatdı birini, kur qıldı, Birin bəlaya səbur qıldı. Bir oda sataşdı Şeyx Sən’an, Həm cani-Züleyxa Misrə sultan, Ol birini kafir etdi, bidin, Ol biri şəh ikən oldu miskin. Bu eşq ilə kim, əsir boldum, Dər vəqti-cəvani pir boldum. Qalmadı dəxi tənimdə taqət, Qəsd etdi mana hücumi-firqət. Eşq oduna bir rəvayət etdim, Adın dutuban şikayət etdim.
Şe’r be rəsme-şekayət əz eşq (Eşqdən şikayət yolu ilə şe’r)
Ey canü dili xərab edən eşq, Üşşaqı kəm əz türab edən eşq.
Odlarə salıb fərağət əhlin, Yaxıb cigərin kəbab edən eşq.
Mə’şuqə müdam içmək içün Dillər qanını şərab edən eşq.
Divanələrin dutub təriqin, Tərki-vər’əü səvab edən eşq.
Bir zərrə təki vücudə düşsə, Məşhur çü afitab edən eşq.
Dünyadə hər əhli – xanümani Biməzkənü xürdü xab edən eşq.
Zöhd əhli sual edəndə hər dəm Min höccətə bir cəvab edən eşq.
Mə’şuqə saruya baxsa aşiq, Bəxti-siyəhin niqab edən eşq.
Bir dəmdə Xətayi xəstə halə Səd naz ilə min itab edən eşq.
Didənə-bağban aşeqra və azad kərdən (Bağbanın aşiq görməsi və azad etməsi)
Bu vəhşət ilən ki, baxar idim, Vəhşətdə könülni yaxar idim. Nomid bolub könül pərişan, Giryanü nizarü sinə büryan.
Nagah yoluxdu bağbani, Bağ saxlamağa qomişdi ani. Pünhani yeridi, gəldi qarşu, Aydır: – Sorayım, nə kişidir bu. Kim, munda əqilli kimsə gəlməz, Bu dəli məgər özüni bilməz. Xişm etdi, itab ilən yeridi. Həddin tanigil mana der idi. Çün yetdi mana, salam qıldım, Öz dərdi-dilim təmam qıldım. Nə baxdı səlamə, nə kəlamə, Nə alqışıma, nə xod duamə, Bir yumruğ urub qəfamə möhkəm, Başumə dəxi yetirdi üç bəm. Usum yeridi, bulandı beynim, Öz yolunu görməz oldu eynim. Der: – Kimsən, əya xəsisi-bədru? Gör kim, gəlicək yerinmidir bu? Kim burada muş olur qəzənfər, Tülküyə dönər hünərvər əjdər. Bu yerdə nəmir olur çü xərguş Gögdən uçamaz qanad çalıb quş. Divanəmisən və yaxud əhməq, Get, yoxsa yeyərsən əlli toxməq. Casusmisən ki, yoxsa oğru, Ya əgrimisən və yoxsa doğru? Bildir mana kim, nə pişəsən sən? Əlqissə, buradə nişəsən sən? Ya yolmi azub burayə düşdün? Bir dəm bizim ilə xub dürüşdün. Çox qılma mənimlə höqqəbazi, Min müşt sana urarmən azi. Bir ursam, on ol qədər sürəyim, Fəryad edəsən ki, mən durayım. Bir bəndədürür bu yerdə səhlər, Bir zərrədürür buradə mehlər. Əflakə qaxar ki, sərnigunsan,
Pa yerə dögər ki, gunə-gunsan. Kövneyn munun qatında bir çub, Xublar qamusu yanında mə’yub. Oldur bu ki, kəfşi payə qoymaz, Həmrah özinə sayə qoymaz. Bu yerdə muradü halətin nə? Nerdənsənü əsli-millətin nə? Gər munda səni duyarsa ol mah, İşlər qıla sana, Allah, Allah! Ancaq nə səni sürür, məni həm, Hərgiz gəzəmi bu yerdə adəm? Munda nə muradü məqsudun var? Gəlməz bu arada hiç dəyyar. Baği-pəridir bu bağın adı, Qoymaz bu yerə firiştə zadı. Sözün var isə, yeri var özün, Nə qala yüzün bütün, nə gözün. Yüzün qanadına yetə qaşın, Qarışa burun suyilə yaşın. Çeşmin genənə misali-qazğan, Sarxa dodağın besani-ənban. Bilinməyə önün, ardü yanın, Əngində zühur ola dəhanın. Canın sağ ikən yeri buradən, Söyləmə dəxi bu macəradən. Baxdım ki, munun qırımı özgə, Mənimlə alum-verimi özgə. Varmağ həvəsini tərk qıldum, Qurtulmağa şimdi razı boldum. Düşdüm yüzüm əyağına sürdüm, Könlüm xəbərini cümlə verdüm. Dedim ki, mən ol pəri nigarə Heyranəmü bağrı parə-parə. Bir gün gözümə göründü nagah, Canü dilimi apardı həmrah. Səbr ilə qərarım aldı, getdi, Nə səbr ki, varım aldı, getdi.
İşim gecə-gündüz ah boldu, Eşqimə cəhan güvah boldu. Qalmadı qərarü xurdü xabım, Qan oldu axub gözümdən abım. Həq dərgəhinə niyaz qıldım, İxlas ilə kəşfi-raz qıldım. Hatifdən eşitdi guşim avaz: – Bu razi-dilin ki, qıldın ağaz, Həzrətdə qəbul düşdü hali, Dildən götür ol ğəmü məlali. Verən sana bu fəğanü ahi Ol gülşən içində bəzmgahi. Baği-pəri derlər ol məkanə, Bənzər dərəcati asimanə. Dur, imdi anın məkanına var, Durmagil iraxda, yanına var. Gər görməginə düşə məcalın, Kəşf eyləgil anda ərzi-halın. Mundax dura-düşə yola düşdüm, Gəh açuğa, gahi kola düşdüm. Yetdigim ol idi sizni buldum, Ancağ sizi gördügümni bildim. Gər bir igidin düşə məlali, Yetər sənə bildirincə hali. Başuma mənim nələr gətürdün? Ərzi-dilim ana xub yetürdün. Yüz dürlü mana ğəramət etdin, Aləmdə məni məlamət etdin. Səbr etməgə hiç çarə yoxdur, Bağrımda nə dürlü yarə yoxdur. Bəs neyləyim, ey hərimi-gülşən? Həll eyləmədin bu müşkülüm sən. Bu həsrət ilən həlak oluram, Bu dərd ilə dərdnak oluram. Ol dəxi eşitdi uş bu hali, Aşiqliğimi, ğəmü məlali. Bir ol dəxi aşiq olmuş imiş,
Eşqin hünərini bilmiş imiş. Ah eyləyübən təəssüf etdi, Üzrin diləyib təkəllüf etdi. Aydır ki, əya ğəribü bikəs, Bildim sözüni nə olduğun bəs. Amma ki, yetirmək olmaz anə Kim, xişm edər ol mana, nə sanə. Çox eyləmə dəxi fikri-fasid, Gər sana gərək bu yolda qasid, Bir qutlu nəfəs, Səbadır adı, Aşiqlərə ol verir muradı. Mə’şud ilə aşiqə rəsuldur, Hər yerdə ki, var sözü qəbuldur. Anı bula gör nə yerdə kim var, Desən varur ana xanda kim var. Mə’şuq ilə aşiqə rəsuldur, Əzrayə gedər zi suyi-Vamiq. Mən dəxi görüm gələndə ani, Bilim sözü necədir nihani. Varmı diləgin məhəlli billəm, Gər könlü xoş olsa, ərz qıllam. Olmasa qəbul, ola mərdud, Gər qılsa, yetə muradə məqsud.
Baz gəştəne-aşeq əz dəre-mə’şuq be tələbe-səba (Aşiqin səbanı tapmaq üçün mə’şuqənin qapısndan geri qayıtması)
Allaha şükür qılub yer öpdüm, Bulmağa Səbanı yola qopdum. İstəməgə anı bağə düşdüm, Eşq ilə, nedim ki, dağə düşdüm. Həm bərgi-bənövşə, lalə gördüm, Xinzalə yüzündə jalə gördüm. Həm firqələrin ləçəklərini, Həm tutiyənin çiçəklərini. Həm dəstə bütük vərdi-qaymaq, Sünbül çiçək ilə oymaq-oymaq.
Quzuqulağı, gülü qərənfil, Təkəsaqqalivü göy sünbül. Sordum bulara dəmi-səbanı, Uzatdı cəvab içün zəbanı. Derlər ki, nedir bu dağ içində? Var istəgil ani bağ içində. Hər gülşəni ol müzəyyən eylər, Gülzar içində məskən eylər. Bu sözü eşitdim, ağladım zar, Yetdim yügürüb besəhni-gülzar. Gördüm çəmən içrə bağbani, Sordum ki, xanı ana səbanı. Der oldur əsər budağlar üstə, Titrətmə salur vərəqlər üstə. Pərvazi müdam olur çəməndə, Pərvasi səndədir, nə məndə. Öz eyşinə, öz dəminə məşğul. Bu aləm anın qatında bir pul. Görsətməz özin, gəzər nihani, Bari de ki, sən nedirsən ani? Dedim ki, sən ani sorma məndən, Məndən sana bu cəvab xandən? Bir bağbanına söylədim söz, Nə qaldı ağız, nə yüzü, nə göz. Heç görməmisən bu hey’ətimni, Bu şəkli-bədiü surətimni. Gər munda işimni sorasan sən, Andan qalanın bitürəsən sən. Hər nə sözüm olsa, hər nə vayə, Pünhani derəm ani Səbayə. Sən varmaz isən, vararum özüm, Ərz eylərəm ana gizli sözüm. Əlqissə, varub Səba qatinə, Yetürdüm özümni xidmətinə. Gördüm ki, gəzər çəməndə xoş dəm, Güllər vərəqini eyləmiş nəm. Sərvin yenə təprədir budağın,
Güldən çü ərus alır duvağın. Nərgis gözün açmış, ana baxər, Sünbül yüzinə tapança qaxər. Bir gülşən içində buyi-güldən, Şəbnəm pür edir səbuyi-güldən. Gəh qəddi-bənövşə xəmdir andan, Gəh dideyi-əbr nəmdir andan. Meydanda atı həmişə tövsən, Uzatmış ana zəbanı susən. Gülzari-çəmən münəvvər andan, Eylər damağı müəttər andan. Şax üstə şükufələr açırdı, Boyunu çiçəklərin saçırdı. Bürqə götürürdü ruyi-güldən. İsar qılurdu buyi-güldən. Çün bülbüli-aşiqi-xoş avaz Eylərdi çəməndə nəğmə ağaz. Dutmuş qulağın çiçəklər ana, Zikr ögrədədir mələklər ana. Gəh dağda əsərdi, gah bağda, Gəh solda əsərdi, gah sağda. Dedim ki, əya Səbayi-xoş dəm, Allah dəmini qılmasun kəm. Başuma mənim bir iş gəlibdir, Eşq atəşi yürəgim dəlibdir. Biçarəvü zarü müstəməndəm, Hicranın əlində dərdməndəm. Uğraşdı gözümə bir pəriru, Dağlara düşüb olubmən ahu. Derlər ki, bolur bu çarə səndən, Məqsudə yetər biçarə səndən. Çoxların işini bitirənsən, Çoxlarni muradə yetirənsən. Hər sübh dəmində zikri-yahu Söylərsən, əya nəsimi-xoşbu. Səndən irişir məşamə ənbər, Aləmni qılur dəmin müəttər.
Sən yari qılanda Mustafayə Dedi ki, “nəsərtə bissəba”yə. Ey mərkəbü-mövkəbi-Süleyman Nəfxinlə hava pür oldu yeksan. Səndən dutadır zəmin qərari, Səndən çıxadır fələk buxari. Əz lütf degil tənin hüveyda, Olmaz vücudun çü ruh peyda. Manəndi-hüma yerin həvadır, Məcruhlərə dəmin dəvadır. İsayi-zəmanü xoş nəfəssən, Kim qalsa piyadə, sən fərəssən. Ey Xızra mədədçi hər aradə, Yetir bu fəqiri sən muradə. Vəlfəcr nəsimisən behişti, Çün Nuh yerir dəminlə kəşti. Yerlər yüzüni sən eylədin çak, Çox vardır əgərçi qiylü qalın, Heç kimsənə anlamaz məqalın. Dilin sənin, ey nəsimi-xoşxan, Gahi ərəb oldu, gahi imran. Sən rih degilsən, ey verən ruh, Bağlı qapı səndən oldu məftuh. Bu dəmdə qatında hacətim var, Aləmcə bu işdə minnətim var. Bu müşkülümü gər eyləsən həl, Həq duta əlin ki, dutasan əl. Bir dilbəri-dilrübayi sevdim, Mən zərrə bu gün bir ayi sevdim. Lütfü kərəm eylə, var ana sən, Qatında anın məni anasən. Aydır: – Varayım, bu canə minnət, Mən xeyrə yetəm, sana nə minnət. Bu yola gedəm piyadə səd bar, Üşşaq işinə mənəm vəfadar. Amma ki, mənimlə namə yazgil, Dərdi-dilini pəyamə yazgil.
Mən aparayım anı nigarə, Şayəd ki, bulam bu dərdə çarə. Qıldım mən ana yügüş dualər, Adın dutub oxudum sənalər.
Şe’r berəsme-tə’rife-cəba (Səbanı tə’rif yolu ilə şe’r)
Dedim ki, əya Səbayi-xoşdəm, Xublar hərəminə yarü məhrəm.
Oldun çü mənim işimə qəmxar, Ayruluğ odunda çəkmənəm qəm.
Hicran oxidən bulam səlamət, Gər sən qılasan yaramə mərhəm.
Hər xanda ki, var qəbul nəfəssən, Aşiqlərə qılma hümmətin kəm.
Buldu bu Xətayi nəfxinizdən Buyi-nəfəsi-Məsihü Məryəm.
Rəftəne-səba bexabqahe-xod ke fərda beyayəd (Sabah gəlmək üçün Səbanın öz yatağına getməsi)
Dedim ki, əya qamudan uli, Oldu bu sözə könül təsəlli. Əzm etdi həvəs ki, yazə namə, Baş qoydu günəş məqami-şamə. Xurşid çü məğribinə batdı, Bəs vardı Səba yerində yatdı. Qövl etdi mənə ki, dan atan çağ, Bülbül budağə qonub ötən çağ, Olmuş ola namə cümlə təhrir, Hər ərzə ki, var içində təqrir. Gəlim aparım anı nigarə,
Başəd ki bula bu dərdə çarə. Ol getdivü bəndə bağda qaldım, Məcnun təki dəştü dağda qaldım. Aldım qələmi ki, namə yazəm, Əhvali-dilim kəlamə yazəm.
Yari xastəne-Aşeq dər name neveştən əz dəvato qələm və ə’zaye-xod (Aşiqin məktub yazarkən mürəkkəb, qələm və öz bədən üzvlərindən kömək istəməsi)
Yadıma mənim zi fikr əksər Gəlməzdi hüruf şəkli əzbər. Yar ilə özüm müqabil etdim, Yazmağa özümni qabil etdim. Əqlimə dedim ki, hazir olgil, Gözümə dedim ki, nazir olgil. Bir dəm dedim, ey qərarım əylən, Getmə bu gün ixtiyarım, əylən. Ey səbr, dedim bu gün cəmil ol, Bir dəm dedim, ey süxən dəlil ol. Gözümə dedim ki, tərki-xab et, Qoy fikri-xətayi, bir səvab et. Dedim ki, qələm, yüzün siyah et, Yusif tək özün beqə’ri-çah et. Dedim: – Sağ əlim, al imdi xamə, Dedim: – Sol əlim, dut imdi namə. Qıldı sözümü qamusu məqbul, Lövhi-dilim oldu eynə mənqul. Yondum qələmi, dilini dəldim, Həm yonub anın yüzüni sildim. Lövh üstə sürüb bu başın anın, Tökdüm vərəq üstə yaşın anın. Kafurə qarışdı müşkü ənbər, Bilməzdi hürufi fikrim əzbər. Zülfin anuban çü “cim” yazdım, Ağzını ananda “mim” yazdım.
Yazdım pitigi “əlif”, “he” yazdım, Almamış ikən anı “xe” yazdım. Eynini ananda “sadı” çəkdim, Xal üstə gözündə “zadı” çəkdim. “Rey” yazdım ananda şəkli-qaşın, Çeşmim həvəs ilə tökdü yaşın. “Lam” oldu beşəkli-zülfi-hindu, “Nun” hərfi çəkildi şəkli-əbru. Çəkdim bir “əlif” çü qaməti yar, Yazdım xəmi-qəddimi digərbar. Piçidə qılub oları bahəm, Yazdım bilə lam əlifni ba həm. Bu növ ilə hərfi cümlə yazdım, Bir nöqtə demən ki, sözdə azdım. Dilim dutulur gəh əz təhəyyür, Ğəm könlüm ara qomaz təfəkkür. Yazdım pitigi qamu sərasər. Dutdum anı qarşuma bərabər. Oxudum anı ki, qalmaya şək, Nəqs oldu gümani-zayidi-hək. Kəsdim qulağın türabə tökdüm, Çərtib yüzinə donunu bükdüm. Hər növ ilə bari yazdım anı, Dedim ki, Səba bu dəmdə xanı? Kim, gələ apara namə yarə, Bir mərhəm ola bu dilfikarə. Gəldi qulağıma sazi-bülbül, Şəb pərdəsin açdı çöhrədən gül. Sübh oldu, dedim irişmədi bad, Üşşaqi məgər çıxardı əz yad? Miskin dil edirdi dəm-dəm ahi, Gözlərdi gözüm begiryə rahi. Gördüm ki, Səba irişdi nagah, Görgəc anı dərdəm eylədim ah. Dedim: – Sana təhsin, ey vəfadar, Oldun yenə canıma mədədkar. Gəl şimdi apar nigarə peyğam,
Ta bola fəqirə vəsli ən’am. Gəldivü əlimdən aldı məktub, Əzm etdi, yeridi suyi-məhbub. Aydır ki, bizimlə bağla hümmət, Yar etmiyə ta bu işdə höccət. Dedim ki, yeri, xuda biləncə, Ər hümməti həm dua biləncə.
Ozr xastəne-aşeq əz səba və cəvab dadən beərəbi (Aşiqin Səbadan üzr istəməsi və ərəbcə cavab verməsi)
Üzr etdim anınla pür mükafat, Ta ortada qalmaya münafat. Dedim: – İrəmi rikabın əz rah? “Nəsr” ayətin oxudu, “minəllah”. Dedim: – Yetəmi dəva nəsibi? Der: – Leytəni küntü min təbibi. Dedim ki, işimdən eyləmə ar, Der: – Lillahü rəbb fərdü qəffar. Qəm etdi dedim zi şadi tərcih. Der: – Heysə yəşa yüksəkkünürrih. Dedim ki, “Vəcəd fəcud səvabən?” Aydır ki, “Ləəlləni turabən”. Dedim: – Bu sitəm olurmi kəsrən? Der: – Ğəm yemə, “beynə üsr yüsrən”. Dedim: – Əvəzin necük qılına? Der: – Allahü əcr aləminə. Dedim ki, işim neçük bola, ah? La təqnətü, der, zi rəhmətullah. Dedim: – Sana qıldım e’timadi. Oxudu dəlili-ya ibadi. Dedim ki, təbarək, ey süxəndan, Sana yaraşur süxən du çəndan.
Nameyi-əvvəl. Rəftəne-səba besuye-mə’şuq (Birinci məktub. Səbanın Mə’şuqun yanına getməsi)
Gəldi və əlimdən aldı məktub, Əzm etdi, yeridi suyi-məhbub.
Der: – Hümmət edin bizimlə həmrah, Etməyə məlamət ol şahənşah. Dedim ki, rəfiqin ola mərdan, Tən munda qalıb, səninlədir can. Ol getdivü qaldım anda giryan, Səd nalə konanü zarü əfğan. Gəh dağ üzə əsdi, gahi daşda, Gəh xüşk üzə əsdi, gahi yaşda. Sürdü qatı atın ol vəfadar, Ol bağə irişdi k-andadır yar. Gördü ki, bir adlı şah imiş ol, Nə yerdə, fələkdə mah imiş ol. Gülşəndə bülənd otağü eyvan, Səncərlə səlatin ana divan. Yüzinə baxarsa, gün dutar yüz, Hər gün saçı birlə dil dutar yüz. Qarşudadurur mələk yasavul, Hər kimi görür, edir ki, savul. Dutmuş yüzü birlə nur baği, Eyvani-fələkdədir otağı. Çün gördü anı Səbayi-miskin, Çəkdi cilovunu, oldu ğəmgin Kim, bu pəridir cəhanda məşhur, Xudbinü cəmalü hüsnə məğrur. Necə varım imdi həzrətinə, Ta irişə ərzə xidmətinə? Dərman edə yar o dərdməndə, Kar etdi anın bu dərdi məndə. Durmuşdu Səba qılıb təfəkkür, Barmağını dişlib əz təhəyyür. Nagah önünə çü gəldi bir pir, Xoş şəklü şəmayil, özü dilgir. Yanına gəlib Səba rəvani, Söylədi ana sözün nihani. Sordu ana kim, Səbamısan sən? Eşq əhlinə aşinamısan sən? Kim, aşiqi-xəstədən gəlirsən,
Halından anın xəbər bilirsən. Aydır ki, bəli, Səba mənəm der, Sözüm yetürüm, xanı Sənəm der. Ta andan ola bu iş sərəncam, Kim məndən ana yetürə peyğam. Aydır ki, mənəm ol, ey xoş avaz, Ölmüşlər içün Məsihi-dəmsaz. Mən dəxi nigarə bağbanəm, Aşiqlərə yarü mehribanəm. Mən demişidim, sana ki, gəlsin, Mə’şuqə nə der, sözünü bilsin. Oldur oturur otağ içində, Sən bir dəm otur bu bağ içində. Mən varayım ol nigar qatına, Ol dilbəri-gül’üzar qatına. Könlün görəyim neçükdür anın, Sözün deməgə o natəvanın. Oturdu Səbavü ol yeridi, Söz deməgə fürsət istər idi. Qulluğa irişdi, durdu bir dəm Könlüni aradı, gördü xürrəm. Xəndan çəmən içrə tazə gül tək, Boynu sürahi, dodağı mül tək. Aydır ki, deyim sözü, məhəldir, Könlü fərəhü dəmi gözəldir. Qorxar yürəgivü gah edər dəf’ Der ərzə edim, yenə qılur rəf’. Bir qatla özünə eylədi fərz, Bəs qıldı nigarə sözləri ərz. Aydır ki, əya dəm afitabi, Bir söz desəm, eyləmə itabi. Bir qasidi-xəstə hali gördüm. Yox gəlməgə heç məcali gördüm. Gəlməz yavuğa, həzər qılur ol, Dərgah saru nəzər qılur ol. Vardım yanına, dedim nə kəssən? Kim əhli-səfər, zəbun fərəssən.
Var yazılı əldə bir kitabi, “Ə’teyni” dedimü bilxitabi. Qıldım aluban nəzər be məktub, Gördüm yazılu kəlam be məhbub. Yaş ilən anın donu nəm olmuş, Qan ilən anın yüzü dəm olmuş. Çəkmişdi bəsi rəhi-bəid ol, Çıxmış zi zəbani-müstəid ol. Nəzm ilə sözü behəm müqabil, Göftari cəmii-yerdə qabil. Yazılmış, əya əmiri-xuban, Dərd ilə ölürmən, eylə dərman. Oldu ğəm ilən belim xəmidə, Rəhm eylə mana, e nuri-didə. Ol dəm ki, mən ol cəmali gördüm, Özümdən özümni xali gördüm. Biəqlü kəlamü huş boldum, Yüz dərdü bəlayə tuş boldum. Ol dəm ki, mən ol pəriyə baxdım, Canü dilimi ocağə yaxdım. Ol dəm ki, yüzünü gördüm anın, Qalmadı dəxi qərarı canın. Rə’na bəzinüb çü bağə düşdü, Dil eşq ilə dərdü dağə düşdü. Nomidi buluban əz dilü can Məcnun təki kuhlərdə üryan. Yox dəxi cəhanda ğəmgüsarım, Səhradə keyiklər oldu yarım. Çox oldu könüldə fikri-fasid, Qıldım bu yola Səbanı qasid. Öz halımı ərzü faş qıldım, Yaşımla bitikni yaş qıldım. Bu vəch ilə halım etdim e’lam, Şəhlərdən olur gədayə ən’am. Gögdən yer üzə yağar yağışlar, Qullar günəh etsə, şah bağışlar.
Soxən şənidəne-mə’şuq və etab kərdəne-bağban və səbara (Mə’şuqənin sözü eşidib bağbanı və Səbanı danlaması)
Eşitdi bu sözü çün pəriru, Aydır: – Nə söz idi söylədin bu? Sən bilməmisən nə vəhşiyəm mən, Bihudə sözə nə yəxşiyəm mən. Sən bilməmisən ki, mən nə nazəm, Söz əhliyəmü nə əhli-sazəm. Sən bilməmisən gözüm nə gözlər, Könlüm dilər eşidim nə sözlər. Sən bilməmisən ki, mən nə şahəm, Huri həşəmü mələk süpahəm. Sən bilməmisən ki, mən nə şuxəm, Kirpigi, qaşı yay ilə oxəm, Ol bilməz isədə sən bilürsən, Bu həsrəti bəs nədən qılursan? Vargil degil ol rəsulə gəlsün, Ol sözləri naqəbulə gəlsün, Kimdir görəyim gəlür buradən, Vaqif olayım bu macəradən. Bir xoş qulağını burayım mən, Yüzinə tapançə urayım mən. Ta görə əzabi-guşmali, Başdan çıxara çürük xəyali. Öz naməsi tək qılam siyəhru, Ta getməyə hərzə yerə hər su. Qayıtdı çü bağbani-miskin, Yardan naümid, könlü ğəmgin. Çün bu xəbəri Səbayə verdi, Ol miskini yüz bəlayə verdi. Aydır: dedi ol nigari-bədxu, Hey, hef, nə dedin, nə sözdürür bu? Mən xandanü ol gəday xandan? Gün zərrə məqami ay xandan? Gəlsün dedi ol özü burayə, Şayəd ki, sözün ana yarayə. Hala yeri, var özün qatinə,
Ərz eylə pəyami xidmətinə. Şayəd ki, oxuya namən ol yar, Bir və’deyi-vəslə qıla iqrar. Kim, namədə xoş kəlam vardır, Söz yaxşılığı tamam vardır. Bir müstəidin şüarıdır ol, Rəhm edüb apara könlünə yol. Allaha Səba qılıb təvəkkül, Yeridi rəvani bitəəllül. Görsətdi səlamü izzü ikram, İstərdi kəlamın edə e’lam. Öpdü ədəb ilə asitani, Ol sərvi-səhi çü gördü ani, Sordu: – Nə gərək, e hərzə-mərzə, Kim dedi sana ki, gəl bu mərzə? Aydır ki, əya şəhi-zəmanə, Yüz sürməgə gəldim asitanə. Nəvvabü qapuçivü süpərdar, Qəsd etdi Səbayə cümlə yekbar Kim, öldürübən həlak edələr, Xəncərlə tənini çak edələr. Qaxıdı sənəm oları varın, Der: – Mən verəyim cəzayi-karın, Məcnun çanağın uşatdı Leyli, Bil kim, var idi onunla meyli. Gər aşiq olursa eşqə sadiq, Mə’şuqi qılur özinə aşiq. Əlqissə, sözünü guş qıldı, Bəs cami-itabi nuş qıldı. Yırtdı əlidən alıb kitabın, Saydı yüzinə üyubi babın. Eybini varın şümar qıldı, Gül yüzlü Səbanı xar qıldı.
Ğayeb şomordəne-mə’şuq Səbara (Mə’şuqənin Səbanı qovması)
Aydır: – Niyə gəldin, ey qədəmsiz? Bisəbtü səbat, kal, ədəmsiz
Olsan ki, məkanü millətin yox, Biçarələr üstə heybətin yox. Yox səndə vüqarü ğeyrətü ar, Tü yüzinədir nə yerdə kim var. Kim qarşuna varsa, gözün örtər, Ancağ nə gözün ki, yüzin örtər. Şaxlar çiçsəgin yerə tökərsən, Ağac budağın iki bükərsən. Saru qıluban nihal bənzin, Süst etdi dəmin hilal bənzin. Yol kəsmək işin bu zirvələrdə, Qoparma könülni girvələrdə, Məsturların açan hicabın, Əldən sənəmin qapan kitabın. Girən çü dilənçi hər qapudan, Görməz gözün ə’ma tək səbudan. Yüzündə savux, qoxunda nikbət, Hər dəmdə sözün yalanü ğeybət. Bir parə ağacları yıxarsan, Mərdüm gözünə tütün tıxarsan. Damular odunu yandıransan, Sirlərni açub utandıransan. Yaman gün olur dəm ol qiyamət, Sən olasısan ana əlamət. Əz ziri-zəmin qılasısan cuş, Aləmni qılıb xərabü mənquş. Çox eyləmə hərzə yerə küf-küf, Şəm’ ilə çirağı qılma püf-püf. Savux toxunub, səbük qaçarsan, Örtülü eyibləri açarsan. Gəh məbrəz ara qəbih olursan, Gəh məq’əd içində rih olursan. Gəh saiqələr turur tozundan, Gəh fəlsəfə dersən öz-özündən. Hərzə yerə laflər urursan, Toprağ ilə külü savurursan. Yüz eybilə kim, bu şöhrətin var,
Bu şəhvət ilən nə hörmətin var, Tez yeri, var ol gədayə söylə, Məndən təmə’ etmə vayə söylə. Ol göndərənün sanadurur xas, Kim, ə’mayə ə’ma xas ba xas. Yoxsa səni mən bir işə saləm, Fəryadın ünilə dola aləm. Məndən yeri var, qılma çox toz, Sürgil eşəgivü satmagil qoz. Bir zərrə odu salıb cahanə, Odlarsan ulusu yanə-yanə. Dəryadə gəmilər azıdarsan, Görər gözə tozu tozudarsan. Ünün çıxar əz vücudi-bican, Səndən dolu əşgimə cuyistan. Çox söyləmə, ey yalançı göftar, Vardır bu dəmində buyi-murdar. Hər nikbət ağız ki, sözün açar, İman gedərü firiştə qaçar. Əsmə gəhi solda, gah sağda, Təzmə gəhi yolda, gah dağda. Mən səncələyin yalançı sürmən, El ğarət edər talançı sürmən.
Təhsin kərdəne-mə’şuq xişra (Mə’şuqənin özünü öyməsi)
Olam ki, mənim cəhanda həmtam, Nə gördü zəmanə, nə xud əyyam. Kim gördü yüzüm bəğeyri-güzgu? Kim dutdu saçım bəğeyri-giysu? Zənəqdə qomən səvayi-yaşmaq. Geymən əyağa be ğeyri-başmaq. Könlüm tənim üstə məhrəm ancaq, Özüm mən özümə həmdəm ancaq. Kim dutdu saçımni ğeyri-şanə? Cüz sayə qomən ki, kimsə yanə.
Qədr etmən aya ki, var hilalın, Baxman günəşə ki, var zəvalın. Pürxun deyə baxmazam be lalə, Nərgisdən alurmiyəm piyalə? Baxman qədi-sərvə nazlığdan, Dərya suyun içmən azlığdan. Müşk iyləmənəm, yüzü qaradır, Güldəstələmən, yüzü paradır. Dadman şəkəri ki, əsli neydir, Mey içmən əz an ki, fe’li qeydir. Çəng alman ələ ki, bulhəvəsdir, Ney dinləmənəm ki, əz nəfəsdir. Nərgisni görəndə xəstə dermən, Reyhanü bəövşə dəstə dərmən. Şəhlər eşigimdə qul qamusi, Gül yaprağı hücleyi-ərusi. Nə itdir o kim, özün der adəm, Kuyimə sanur özüni məhrəm. Neyçün sanuram mən ani insan? Dərbanım iti itinə dərban. Neyçün sanır ol özünü şeydən? Ədd eyləməzəm mən ani heydən. Bu xissət ilən həm ol münafiq, Andan der imiş özüni aşiq. Xurşid isəm, ani zərrə bilmən, Əflak isəm, ani tərrə bilmən. Yüz var isə eşqimin bəlasi, Qılman birisində mübtəlasi. Bu vəchilə kim, bolubdur övsaf, Qul oldu qapuma Qaf ta Qaf. Yüz min kişi aşiqim cəhanda, Aşiq nə ki, sadiqim cəhanda. Gəlməz biridən mana şikayət, Bilür qamu qılmazam himayət. Bu cümlədən ol nədəndürür piş? Kim, məndən apara nuşi-biniş? Kəmtərdən ani ki, kəm demişmən, Layiq bu cəfayə həm demişicən.
Bilməz nədən ol kəmali-həddin? Kimdir tanımazmı əslü cəddin? Qatımda çü hiç keçməz ərki, Övlatər ana bu işdə tərki. Yoxsa ki, qaşım yayın qururmən, Yüz navəki bağrına ururmən. Bu bir neçə beyti söylə ana, Olmaya dəxi ki, adım ana.
Şe’r əz zəbane-mə’şuq be təriqe-həzl (Mə’şuqənin dilindən istehza yolu ilə şe’r)
Sən biədəbin nə həddidir hey, Kim, sanamazam səni mən əz şey.
Açman sana mən kitabi-mehrim, Övraqi-ümidin eyləgil tey.
Mən sana kəminə qul deməzmən, Gər Kavus isən bu gün, əgər Key.
Dərd ilə əgər yüz il ölürsən, Bir bus ilə qılmanam səni hey.
Bağrın kimi səd hezar dillər, Çəngimdə mənim dəlindi çün ney.
Məndən sana, ey şikəstə məhrum, Dərman xaçan ola, ya dəva key?
Eşqimdə Xətayi bəndəvandır, Hər bab ilə xalis ərdürür vey.
Nameye-dovvom. Amədəne-Səba əz zəbane-mə’şuq be aşeq (İkinci məktub. Səbanın mə’şuqənin sözləri ilə aşiqin yanına gəlməsi)
Qayıtdı Səba zi dərgəhi-şah, Ğəmnakü məlul düşdü bər rah.
Bivayə şikəstə, könlü zəbzəb, Ğəmdən sürəməzdi yolda mərkəb. Ğəm yox dilinin dutulduğundan, Kim, razıdurur qutulduğundan. Deri kim, necə varım ol fəqirə, Biçarəvü xəstədil həqirə? Dəxi nə yüz ilə varım anda, Ümmid ilə qasid etdi munda. Ya anda neçük verim cəvabi? Göndərdi itab ilən xitabi. Bu işdə qılurdu didəm ahi, Mən gözlər idim həmişə rahi. Sərf etmiş idim ola bəsər mən, Heç yanıma qılmadın nəzər mən. Gah örtər idi yaşım gözümni, Heç bilməz idim nəyəm özümni. Hər ləhzə həvəsdən uymaz idim, Gündüzlə gecəmni duymaz idim. Görməgə Səbanı dildə tə’cil, Hər gündə mana keçirdi bir il. Nagah bu bağə düşdü bir saz, Gəldi şəcərin başından avaz. Titrəşdi bənövşə, bərgi-lalə, Gül yarpağından töküldü jalə. Bildim ki, irişdi nik canım, Sönmüşdü rəvan dilim, rəvanım. Gəlməxdə vəleyk səxt süst ol, Dedim ki, cəfa qılıbdurur yol. Kim, yolda sitəm çəkibdürür bəs, Batmış ayağına xar ilən xəs. Ya ana itab edibdir ol yar, Yari gəlişində bir nəzər var. Çün yetdi, dedim ki, nikuxah, Halın necədir zi zəhməti-rah. Həm söylə nigar sağ, əsənmi? Ol fitnəli yar sağ, əsənmi? Der: – Sağdır, əsəndir ol pəriru,
Səndən vəli eyləmiş bəri ru. Əhvalın ana ərzə qıldum, Ərzinə yetürməgini bildim. Xişm etdi haman dəm əz səri-naz, Çox ərbədə naz qıldı ağaz. Yırtdı aluban yazan kitabi, Biş etdi itab ilən xitabi. Qıldı məni-xəstəni məlamət, Başuma qopardı yüz qiyamət. Qətl eyləməginə fikr qıldım, Qurtulmağa sağ şükr qıldım. Bəs ol qəzəb ilə türki-tənnaz Xişm etdi sana be işvəvü naz. Der: – Kimdürür ol xəsisü kəmtər, Ögdi özünü qılıb mükərrər. Dil munu eşitdi, narə düşdü, Fəryadü fəğanü zarə düşdü. Yaş etdi ümid evini parə, Sögdüm yenə bəxti-nabəkarə.
Şe’r berəsme-şekayət əz bəxte-bəd və tale’e-xiş (Öz yaman bəxt və taleyindən şikayət yolu ilə şe’r)
Ey bəxt, dedim ki olmagil şad, Ğəmdən məni qılmadın sən azad.
Könlümni ğəm eylədin, gözüm nəm, Olmağni fəğan, işimni fəryad.
Sən dadi-dilimni vermədin heç, Munca ki, əlindən eylədim dad.
Hər yanə dönərsə çərxi-kəcrov, Sən andan irağə bir qədəm ad.
Xandan sana bu bəlavü bid’ət? Nerdən sana bu sitəmlə bidad?
Mö’minləri xürrəm etmədin heç, Kafər beçəsənmi, yoxsa müğzad?
Bir gəz nola, ey bəlalı gümrah, Qılsan mana rahi-vəslin irşad?
Yarəb, olasan ğəm ilə viran, Viranə əlindən olmaz abad.
Eşq ilə, görüm ki, bəndə düşgil, Olsun bu Xətayi səndən azad.
Ozr xastəne-aşeq əz Səba (Aşiqin Səbadan üzr istəməsi)
Dedim ki, əya Səba, usandün, Asudə otur çözüb kəməndün. Daim bu cahanda var olasan, Eşq əhlinə ğəmgüsar olasan. Bir dəm sən otur betərfi-gülşən, Bir qasidi dəxi istəyim mən. Kim, səbrü qərarə çarə yoxdur, Bağrımda nə dürlü yare yoxdur. Bir dəxi qılım cahanda tədbir, Ya ayəti mən tələb bulum bir. Ol durdu çəməndə, mən yeridim, Bir elçi dəxi bulum der idim. Ərvahım uçurdu fikr teyrin, Bir dəmdə cəhanın etdi seyrin. Qayıtdı yerinə, qıldı pərvaz, Der: – Elçi Səbadən özgə yox baz. Bir çarə var isə, ol qılur həm, Ondan ola bu yürəgə mərhəm. Aldım tutuqi-həyani əz dil, Dedim yenə Badə k-ey müzəmmil, Qədd innə ərakə müstəinən, Sə’fihi bekülli müqtərinən.
Ən lütfikə in qət’ətə səbrən. Yö’tikə iləh əlfü əcrən.1 Səndən dəxi özgə çarə bilmən, Mən durub ayağə varə bilmən. Bir dəxi kərəmlər et mənimlən, Canım yoluna fəda tənimlən. Qalmışlara çün müavin oldin, Məqsudə yetürüb alxış aldin.
Tə’rif kərdəne-aşeq Səbara (Aşiqin Səbanı əyməsi)
Qalmışlara gər mədəd bolansan, Xızri-nəbi tək yetüb gələnsən. Həm çar ənasirin birisən, Çox mürdəni eylədin diri sən. Hey qaldı dəminlə ibni-Məryəm, Ənfasın edər behişti xürrəm. Ol şey ki, ölüdür anda yoxsan, Ol tən ki, diridir, anda çoxsan. Oldun nəfəs ilə ətsi-Adəm, Həm mərkəbi-sahibani-Xatəm. Ey mö’tədil əlvücud bikövn, Xoş dəmsənü həm məzaci-bilövn. Dəryadə sürən çü Nuh kəşti, Pür buyi-əbir edən behişti. Əhməd dəmin ilə yari buldu. Üşşaq sənin ilə yari buldu. Aşiq kimi sübh cuş edərsən, Dəryaləri pür nüquş edərsən. Nəsrinlə sənin, e qüdrətullah, Fərq oldu həmişədanədən kah. Ruhül-qüdsün ki, həmdəmisən, Həm türreyi-yar məhrəmisən. Girən qapularə bitəkəllüf, ____________ 1 Mən kömək istəyəndə səni gördüm, bütün yaxınlaşanlara köməyə səy et. Lütf edib geri qayıtmaq istəsən, Allah sənə min əcr verər.
Qılmaz sana heç kişi təxəllüf. Çün Xızr həmişə dər həyati, Kim, bolmaya ta əbəd məmati. Bu yedi yerin qərari sənsən, Həm yedi dəniz buxari sənsən. Gülləri açan zi bəhri-bülbül, Gülzarə salan şəmayim əz gül. Adın sənin oldu ruhə təcnis, Həmmali-rəvani-təxti-Bilqeys. Yox vəsfinə hədd ilən nəhayət, Ey həddi-kəmal ilən beğayət. Görsət mana bir dəxi vəfa sən, Lütf əhlivü mə’dəni-səfasən. Bir dəxi var ol nigarə məndən, Rəf’ ola məgər bu yarə məndən. Ol ğönçə ləbin cəvabın algil, Həq dərgəhinin səvabın algil. Aydır ki, xoş ola, qılmazam ar, Ya dutavü öldürə məni yar. Gedim du hezar barə dersən, Olam du hezar parə dersən. Hərçənd ad ilə mən Səbayəm, Üşşaq yoluna can fədayəm. Əhsənt, dedim, əya vəfadar, Mən Müntəzirəm, oturma, dur, var. Verdim çü Səbayə neçə pəndi, Dur indi, dedim, sözüm tükəndi. Aldım əlümə dəvatü xamə, Der: – Yazma dəxi sən ana namə. Ol şux anı yenə parə qılur, Ağ yüzini dəxi qarə qılur. Yalğuz mən olam, əgər qıla ədl, Tənha mən olam əgər qıla bəzl. İzzət kim, edər hücumi-kəsrət, Məqbuli-dua olur bu vəhdət. Dedim: – Kərəm etdin, ey müvafiq, Məhfuz olasan zi hər münafiq.
Yetür yerə anda hər ədəb var, Yetməz işi xanda biədəb var. Qatında sözün degil ki, ey şah, Ol bəndə gərəklidir be dərgah. Sən şahsən, ol ğulami-kəmtər, Baxmazmı ğulamə şahi-kişvər. Zülfin ki, bənövşədir, yüzün gül, Güllər diləməzmi sövti-bülbül? Gər lə’lin isə çü Şirin, ey yar, Fərhad gərəkdir ana bir zar. Gər zülfi-siyahın oldu Leyli, Məcnun ona gər qılursa meyli, Gər şəm’i-rüxündür atəş əfruz, Pərvanə gərəkdir ana dilsuz, Gər ləblərin oldu şəkkər əfşan, Bir tuti gərək yanında xoşxan. Zülfin isə dami-pür bəladır, Olmazmı o damə mübtəladır. Ol ğəmzə ki, tir edər fəşanə, Bir sinə gərək ana nişanə. Gər Yusif isən be Misri-dil şah, Yə’qub gədək ğəmində pür ah. Ol mur misali, sən Suleyman! Bir mur gərək çü bəndə fərman!
Şe’r əz zəbane-aşeq (Aşiqin dilindən şe’r)
Şah şahlığ edər çü nökər olsa, Eşikdə ğulami-kəmtək olsa.
Xoşdur fələk üstə mahi-dilcu, Amma ki, yanında ülkər olsa.
Xurşid önündə zərrə xoşdur, Göglərdə müzəyyən əxtər olsa.
Daim yaşım ayağına damsun, Sərv ayağı xub olur tər olsa.
Hüsni sifətin yazım kitabə, Vəsfində xoş ola dəftər olsa.
Çövkan kimi zülfi var eşitdim, Top olmağa ana bir sər olsa.
Alsun qulağa Xətayi şe’rin, Şahlar qulağında gövhər olsa.
Be təşbih quyəd (Bənzətmə üçün deyir)
Bəs söyləgil, ey Səba, İsara, Ol mürdəni zində qıl, xudara. Var anda münasibət sizinlə, Təşbihi-mütabiət sizinlə. Zülfin kimi qəddi xəm bolubdur, Türrən ğəmidən behəm bolubdur. Könlü dəhənin misalidir təng, Bağrın təkidir məqam ana səng. Çeşmin kimidir əlilü rəncur, Xəttin kimidir vücudi bir mur. Lə’lin təki çeşmi gövhər əfşan, Zülfin kimi fikridir pərişan. Ğəmzən kimi cismi tir ilən pür Dişin kimi çeşmi dopdolu dür. Müjən kimi könlü səhm içində, Ağzın kimi zatı vəhm içində. Muyin təki muyədən çü mudur, Tiğin kimi çeşmi dolu sudur. Hicrin təki vəslə çox ümidi, Mehrin kimi fikri naümidi. Türrən kimi bağlu biqərar ol, Əksin kimi xəlqə mehrdar ol. Kəfşin tək işi ayağa düşmək, Saçın kimi solü sağə düşmək. Qoy pirəhənin tək ola məhrəm, Tərlik tək ola boyunla həmdəm.
Uzun saçınız təki ricası, Cüz ğəm dəxi yoxdur aşinası. Yaman gün içində xuyiniz tək, Olmuş təni incə muyiniz tək. Qucmaq dilər ol belin kəmərvar, Yolunda anın təki kim ər var. Saçın təki qəddi dalə dönmüş, Lə’lin kimi yaşı alə dönmüş. Dür kimi sözün dutub qulağə, Düşmüş çü vəfan özü irağə. Belin təkidir zəif avaz, İşin təki halı müxtəlif saz. Gözü yüzünüzdə zəngulun tək, Pür lərzə vücudu mərğulun tək, Düşmüş zənəxin misali çahə, Baxar yüzüni ananda mahə. Cə’din kimi əgri qəddi anın, Mehrin təki yox da həddi anın. Gözün təki cismi sayruluğda, Qaşın kimi taği ayruluğda. Güzgün tək özin dilər müqabil, İrməz çü rəqib rəncə qabil. Saçın təki başı payə düşmüş, Fəryad ilə çəngü nayə düşmüş. Alətləri mehr ola günüz tək, Ğərqə yaşına çü səfiniz tək. Var hümməti boyunuz tək ə’la, Zülfin təki başı pür zi sevda. Doğru yoluna misal balan, Pürxun cigəri besani-lalan. Çün səndə nə vardır anda dəx var, Ağlatma yetər ki, xəndə dəx var.
Nameye-sevvom. Rəftəne-Səba be suye-mə’şuq (Üçüncü məktub. Səbanın mə’şuqənin yanına getməsi)
Ol peyk Səba çü mindi atı, Xoş sürdü iradət ilə qatı.
Gəh gerdə bulaşdı, gəh ğubarə, İrişdi məqami-gül’üzarə. Gördü ki, çəmən yenə münəvvər, Zülfindən anın cahan müəttər. Gördü anı bağbani-məhrəm, Kim, gözlər idi yolunu hər dəm. Yanına gəlib dedi ki, ey Bad, Qıldınmı yenə bu kari bünyad? Qayıt ki, bu işə çarə yoxdur, Mundan nə cigərdə yarə yoxdur? Anın təki iti var hezaran, Fəryad konan, qəm ilə nalan. Qılmaz birisi anın şikayət, Olmaz, qamusu bilür, inayət. Növ aşiq olubdurur o miskin, Ol dəxi dapar son ucu təskin. Qayıt, yenə bizni qılma bədnam, Nagah özüni salma dər dam. Söylədi Səba ki, əbsəm, əbsəm. Öldürsə dəxi ki, çəkməzəm ğəm. Sən varmaz isən varuram özüm, Ərz eylərəm ana cümlə sözüm. Mehr etsə, nə ğəm olu himayət, Qəhr eyləsə, bəs degil kifayət.
Rəftəne-Səba tənha be bidare-mə’şuq (Səbanın tək mə’şuqənin görüşünə getməsi)
Yeridi Səba çü bargahə, Bağladı təvəkkülin ilahə. Qıldı yer öpüb dua səlamı, Ərz eylədi ol şaha kəlamı. Çün gördü Səbanı Hüsn ilən Key, Der: – Yenə nişə gəlibdürür hey. Əl urdu, yapışdı yaxəsinə, Saldı anı bəndi-türrəsinə. Bağladı cəmii-tarəsilən,
Tar etdi günün sitarəsilən. Bəs kari-Səba budur müdami, Zülfi-sənəm ola bəndü dami. Gördü anı huş rəfte əz tən, Baxırdı ana zi ruyi-rövzən. Bəs qıldı mənim sarı səfərni, Der aşiqə verəyim xəbərni. Qıldı qəlibən iraxdan avaz, Bənd etdi Səbanı türki-tənnaz. Getdi bu sözü deyib rəvani, Göndərdim ana rəvani cani. Ol huş nigarə getməsün baz, Bədxudurur ol nigari-tənnaz. Nagah bir işdə keyd edər yar, Ol elçi tək anı qeyd edər yar. Demiş ki, var ol fəqirə söylə, Ğəm ləşkərinə əsirə söylə Kim, oldu yerim bedərgəhi-şah, Gəlmən mən ana məgər ki, nagah. Bu söz yenə məni saldı narə, Ağlıb yenə düşdüm ahü zarə. Oldu yerim od çün səməndər, Oldum yaxa yırtubən qələndər. Çox şikvə qılubzi gərdişi-bəd, Həm dəxi zi bəxtü taleyi-xəd, Bixud qılubən fəğanü fəryad, Bu şe’ri özümdən eylədim yad.
Şe’r berəsme-şekayət əz tale’ (Taledən şikayət yolu ilə şe’r)
Vaveyla ki, yar getdi əldən, Ol sevgi nigar getdi əldən.
Yandım ğəm oduna sərbəsər, ah, Dəstimdə nə var, getdi əldən.
Şad olma, könül, çək imdi ğəmlər, Ğəm həmdəmi yar getdi əldən.
Neysan kimi tək gil, ey gözüm, yaş, Ol tazə bəhar getdi əldən.
Bülbül təki dil fəğanə düşgil, Güldəstə üzar getdi əldən.
Bu səbrü qərar getdi məndən, Namus ilə ar getdi əldən.
Canım diləgi, rəfiqü yarım, Hər nəstə ki, var getdi əldən.
Düş ayağa kölgə tək, Xətayi, Ol sərvi-çinar getdi əldən.
Məsnəvi
Gəh zari, gəhi dilimdə nalə, Düşdüm yenə mən şikəstə halə. Yandım ğəm oduna sərbəsər mən, Oldum yenə məstü bixəbər mən. Dildən yenə atəş etdi cuşi, Həm dərdi-dərun edib xüruşi. Gördüm ki, kim isə yox rəfiqim, Bu işdə ənisü həm şəfiqim. Səbr etmək idim dedim behər hal, Faş olmaya xəlqə sirri-əf’al. Heç səbrü təhəmmülüm yox idi, Dərdim yüküşü ğəmim çox idi. Bir yar idi var mənə qədimi Kim, könlümün ol idi nədimi. Qılmışdı mənimlə elmi təhsil, Çox ay rəfiqim idi, çox il. Həm dərs oxur idi bir səbəqdə, Ancaq nə səbəqdə, bir vərəqdə. Görüş yox idi dər mədaris, Qəmxanə bolub ana məcalis.
Olmuş məni istəyə müsafir, Tərk olmuş ana zi ğəm dəfatir. Mənsiz bu cahan ana daralmış, Rüxsarı mənim təki saralmış. Gəldi məni istəyə begülzar, Gördü məni munda ağlaram zar. Olmuş bu ğəm ilə didə giryan, Der: – Noldu sana, e munisi-can? Dedim: – Nə sorarsan, ey bəradər? Kim, yuddu rəfiqi eşqi-əjdər. Sataşdı gözümə yari-məhvəş, Gül yüzlü pəri, nigari-məhvəş Qalmadı qərar, usum tükəndi, Ol nəng ilə namusum tükəndi. Dərs imdi fəğanü dadə döndü, Biliş mana qamu yadə döndü. Uş peyki-Səbanı bəndə saldı, Mən xanda idim ki, xanda saldı. Məktubimi aldı parə qıldı, Ağ yüzüni dəxi qarə qıldı. Halım budurur, e həmdəmi-dil, Tədbir nədir, mana dəva qıl, Leykin demə səbr edim, təhəmmül. Canım tükənir dəmi-təəllül. Der bir dəxi göndər ana məktub, Meyl edə məgər görəndə məhbub. Amma biləsincə kişi qoşun, Hər xansı xoş isə əqlü huşun. Dedim ki, bu qatla huş varsun, Bu naməyə pərdəpuş varsun. Yondum yenə ba həvəs qələmni, Qirtas üzə çəkib rəqəmni. Dil yazdı mühəqqəq ol nişanı, Nəsx etməyə xətti-reyhan anı. Allahın adını yardım əvvəl, Söz xətmi kəlamə boldu əkməl. Qıldım anı sərbəsər xəmidə,
Bolmaya hava görüb dəmidə. Ey namə, dedim ki, var ana sən, Yanında məgər məni anasən. Naməmdə qılıb bu şe’ri məktub, Ünvani içində nami-məhbub.
Şe’r əz zəbane-aşeq be təriqe-elhah (Xahiş yolu ilə aşiqin dilindən şe’r)
Ey naz məkani, sərvi-rə’na, Ey didə məqami, hüsni-ziba!
Hicran oxu birlə yürəgimdən Axıtmaq isə yetər hüveyda.
Ol zülfi-siyəh ğəmində hər dəm Başımda qəti yer etdi sevda.
Yusif təki gördü göz cəmalın, Dil düşdü zəvalə çün Züleyxa.
Lalə kimi çəkdi bağrıma dağ, Ol zülfi-kəlaleyi-səmənsa.
Sevdayi-saçın şikəncü bəndi Başımni çəkib yetirdi bər pa.
Qurtulmadı hicrdən Xətayi, Munca ki, vüsal edər təmənna.
Məsnəvi
Bükdüm çü tamam edib kitabi, Kəs dedim işimdə xurdü xabi. Der dutunuz imdi hümməti-düz, Mə’zulü şikəstə gəlməyə yüz. Dedim ki, biləncə lütfi-mərdan,
Tən qaldı, səninlə getdi bu can. Ol imdi rəvanə sağlığ ilən, Gəl munda yenə yüz ağlığ ilən.
Nameyi-çəharom. Rəftən be suye-mə’şuq (Dördüncü məktub. Mə’şuqənin yanına getməsi)
Huşimni çü mərkab etdi namə, Əzm etdi ki, varə dilrübamə. Götürdü anı həvayə ol huş, Pər çaldı gedər çü namə bir quş. Gəh pay ilə getdi, gah bər sər, Gəh bəhr keçərdi, gah bər bər. Saxlardı özüni cayi-xəmdən, E’raz qılurdu abü nəmdən. Gəh yazı kəsib gedirdi yola, Gəh yel aparırdı anı kola. Yetürdü özüni hər neçük var, Ol bağə ki, mənzil etdi dildar. Gördü yenə bağbani nagah, Bir namə yenə be huş həmrah. Gəldi yanına nihani ol dəm. Ta qıla məlamət ani ol dəm. Görgəc ani namə boldu lərzan, Çün bid bevəqti-badü baran. Der, yenə gəlibsən, ey həyasız, Əldən bu işi nola qoyasız. Bu sözü dəxi demə yanında, Çox acığı var anın canında. Namə dedi key mürəbbiyi-bağ, Qoy mən oluram bu yerdə toprağ. Sən eylər isən əgər müdarə, Mən yetürərəm sözümni yarə. Namə çü varub yükündi yarə, Mədh etdi nigari-gül’üzarə. Çün baxuban ani gördü məhru, Dedi: – Yenə gəldin, ey siyəh ru.
Qorxu bilə namə düşdü lərzə, Olmaya dedi sözümdə hərzə. Şükr etdi başında hu görəndə, Öz adimə qıldı tu görəndə. Sər ta qədəm oxudu kitabi, Başladı itab ilən xitabi.
Həzl kərdəne-mə’şuq namera (Mə’şuqənin məktuba istehza etməsi)
Ey yüzü qara, füzul, ədəbsiz, Heç bilimədiniz nədir ədəb siz. Ari su toxunsa tər bolursan. Yeldən dəxi dərbədər bolursan, Əslindürür ol çürük ləvatə Kim, dirələr ani əz sibatə. Gərçi səni əhli-mə’ni derlər, Çox sözüni bülməəni derlər. Yüzün ikidir, biri siyəhdir, Hər ruyi-siyah pür günəhdir. Qəddini qılur yazan kişi xəm, Ta olmayasan hava görüb nəm. Kim sən təki sudan eyləsə bak, Nabak derəm ki, olmaz ol pak. Nə suyə giricisən, nə oda, Daim sən olasan uş bu xuda. Gər zahirinizdə nəstə yoxdur, Leyk alacalığ içində çoxdur. Salus kimi əridübən daş, Bir barmağ açub sirin qılur faş. Görən kişi səndə bu səbati, Sürtər yüzinə gəhi dəvati. Hey beylə cəvanü hərzə gusən, Ğeybətçi, yalançı tubetusən. Çox yerdə yüzünə xak edərlər, Çox suda yaxanı çak edərlər. Biəqlü zəbanü bibəsərsən,
Anın içün çü xaki-sərsən. Qılsam səni parə-parə şimdi, Etsəm yüzüni qarə şimdi, Heyfa ki, başında nami-həqdir Kim, əksük işin təmami həqdir. Məndən hələ var o xamə söylə, Çox elçi uyurma, namə söylə. Hər ləhzə xəyali-fasid etmə, Özin tanımazni qasid etmə. Çox etmə dəxi bu fikri-xami, Bir çöpə degil yanımda nami. Sevdayi-əbəs dəxi bişürmə, Ol mərtəbədən özün düşürmə. Dutma dəxivəslimə ümidi, Gün adətim oldu naümidi. Demə dəxi möhməlü əbəslər, Söylər əbəs işi bulhəvəslər. De məndən ana bu neçə sözni, Dutmayə dəxi vüsalə gözni.
Şe’r əz zəbane-mə’şuq be təriqe-naomidi (Mə’şuqənin dilindən ümidsizlik tərzində şe’r)
Ey bülhəvəsü şikəstə ğəmnak, Yüz sən tək olursa, eyləmən bak.
Kur olsa be giryə hər du çeşmin, Nə sürmə verəm, nə bir ovuc xak.
Əlin kəsərəm bu damənimdən, Gər yaxən olursa yüz gəz çak.
Gər bəhri-cəvahir olsa şe’rin, Sallam bekənar həmçu xaşak.
Sən adəm isən, firiştəyəm mən, Pak ilə hərim olurmi napak?
Mən yerdə ününi dinləməzmən, Fəryadın əgər yetər be əflak.
Vəslümə Xətayi şad bolmaz, Ğəmnak dil olsa, didə nəmnak.
Nameye-pəncom. Əz tərəfe-mə’şuq be aşeq (Beşinci məktub. Mə’şuqdan aşiqə)
Bu sözü çü Namə guş qıldı, Sərtasər özüni puş qıldı. Çox oldu məlul, piçə düşdü, Kim, lafi bu yolda hiçə düşdü. Der: – Necə varım mən ol fəqirə? Biçarəyə, dərd ilən əsirə. Mindi yenə huş atını Namə, Yüz ğəm ki, irişmədim məramə. Mən anda şikəstə, zarü giryan, Yola baxuban cigər çü büryan. Müştaq rəsulə gecə bixab, Tökürdü rəfiq didədən ab. Nagah göründü, Namə gəldi, Dedim ki, işim nizamə gəldi. Verdi gəlübən mana səlami, Sordum: – Necədir yarın kəlami? Dil bəstəvü xəstə görünürsən, Ğəmginü şikəstə görünürsən, Der: – Sorma, əya zəlilü məhrum, Verməz sana yari taleyi-şum. Olmadı sözüm qəbul yarə, Qəsd etdi qıla tənimni parə. Ünvanimə hörmət etdi bari, Həqq adına qıldı e’tibari. Andan səni andı, qıldı bidad, Mən qılamazam o sözləri yad. Çün yenə bu sözü eylədim guş, San ağu şərabin eylədim nuş.
Axdı yenə qanlı yaş gözümdən, Getdim bixud oluban özümdən. Dildən yenə atəş etdi cuşi, Həm dərdi-dərun edib xüruşi, Bəxtim əlidən şikayət etdim, Ucundan anın çü canə yetdim.
Şe’r əz zəbane-aşeq berəsme-şekayət əz tale (Aşiqin dilindən taledən şikayət tərzində şe’r)
Dedim ki, ilahi, bəxti-bədkar, Görim ki, həmişə ola bidar.
Qurtulmadı can bu dərdü ğəmdən, Ta necə bolam şikəstə bimar?
Ta key qılasan gədani məhrum, Gəlmə dəxi yanimə, yeri var.
Həq qatda şikayət edəsimən, Cövründən, əya nügunü bədkar.
Dil pür ğəmü can işində rəncur, Göz qan ilə dolu, canım əfkar.
Dövründə sənin bu xəstə halın Gəh zaridir işi, gah bizar.
Ey tazə güli-bəhari-xubi, Ta key qılasan cigərni pür xar?
Ta necə Xətayi dərdməndin, Rövşən gününi sən edəsən tar?
Məşvərət kərdəne-aşeq ba rəfiq (Aşiqin dostu ilə məsləhətləşməsi)
Yenə dedim ol rəfiqə halım, Artırdı qatı ğəmü məlalım.
Bu işə həq içün eylə tədbir, Əldən gələn işi qılma təqsir. Bu dərdilə mən həmişə zarəm, Ğəmxar beh əz tu kəs nədarəm. Fikr etdi başın çəkib becamə, Der: – Bir dəxi göndər ana namə. Əvvəl göricək şəfi olur kəs, Çox görsə sözü qəbul edər bəs. Həm aləmin oldurur rəsuli, Kəs söz deyən eyləməz üduli. Şahdan gedər ol həmişə şahə, Girər biicazə bargahə. Çindən yazılıb Xətayə namə, Gəh Rumdən elçi getdi Şamə. Hökm etdi anın bilə qəyasir, Qalmışlar ol çox oldu nasir. Ol yaxşı-yamandan eləməz xovf, Saxlar qamunun sirini dər cövf. Hər söz desən anda ani söylər, Nə özgə kimi yalani söylər. Saxlarlar anı baş üstə daim, Qoyarlar öpüb qaş üstə daim, Söylər sözü, gərçi dili yoxdur, Avaz ilə qalü qili yoxdur. Yazılı başında nitqi-Allah, Hər yerdə var ana mənzilü cah. Cahil kişi birlə yox səfası, Aləmlərin oldur aşinası. Gəh dili əcəm, gəhi ərəbdir, Pür rəsmü üsul, ba ədəbdir. Qılurlar ana çox ehtirami, Xətmində görəndə vəssəlami. Andandurur adı pak damən, Yaman deməz ana yaxşı-yamən. Mən dəxi yonub rəvani xamə, Yazdım be həvəs fəraqnamə. Yazdım başı üstə nami-cəbbar,
Sonunda hezar barə zinhar. Kim, sana ğulamü çakərəm mən, Əz cümlə kəminə kəmtərəm mən. Çox yalvaruban çü yazdım ani, Dedim: – Aparıcı şimdi xani? Der: – Qoşgil anınla peyki-ahın, Varmaya yüzinə padşahın. Kim, bəddir anın nəfəs məqali, Tünd etməyə ayinə cəmali. Söylə xunu olsun ol şəfiqi, Yandırmaya yolda ta rəfiqi. Çün Ahimə verdim uş bu pəndi, Dur indi dedim, sözüm tükəndi. Çün Ahilə gögə çıxdı Namə, Əzm etdi gedər o dilrübamə. Dedim ki, rəsulə yari-ğarım, Tez gəl ki, gedibdir ixtiyarım. Hər işdə çü ittifaq xoşdur, Ağacda pərü budağ xoşdur. Puş etmə yüzüni, aç gözüni, Bəs ərzə qıl anda hər sözüni. Bu şe’rimi yarə söyləgil sən, Ol lalə üzarə söyləgil sən.
Şe’r əz zəbane-aşeqe-sadeq (Sədaqətli aşiqin dilindən şe’r)
Ey sevgi nigar böyləmolur? Üşşaqinə yar böyləmolur?
Hicran qışı birlə zar qaldım, Ey tazə bahar, böyləmolur?
Gülzari-rüxün ğəmindən oldu Bağrum dolu xar, böyləmolur?
Ol nuri-rüxündən ayru, ey mah, Yaxdı məni nar, böyləmolur?
Zülfinlə üzarın aldı canım, Hər leylü nahar, böyləmolur?
Oxunla Xətayi boldu məcruh, Hər oxa şikar böyləmolur?
Nameye-şəşşom. Rəftəne-name Behəmrahiye-ah Besuye-mə’şuq (Altıncı məktub. Məktubun Ahın yoldaşlığı ilə Mə’şuqənin yanına getməsi.)
Qıldı sözümü qəbul məktub, Əzm etdi, yeridi suyi-məhbub. Mindi yenə Ahımın rikabın, Tərk etdi bu yolda xurdü xabın. Yetürdü özin be kuyi-dildar, Çün aldı dimağə buyi-dildar. Uğraşdı yenə o bağbanə, Sordu: – Nişə gəldin, ey fəsanə? Dün munca məlamət etdi ol yar, Yox səndə, nə onda ğeyrətü ar. Mindin niyə neyçün atəşin at, Gəldin çü piyadə, qaldı şah mat. Ol sözlə səni çü göndəribdir, Bir söylə ki, nişə döndəribdir? Der Nanə ki, ana söylədim çox, Dutmaz sözümü, qərarı heç yox. Zinhar qılur ki, tanriçün var, Ta rəhm edə mən fəqirə ol yar. Ya qıla səni bu yolda parə, Ya dəxi qılam bir özgə çarə. Bir dəxi var anda, ey vəfalu, Xeyr olur işin əgər xətalu. De müshəfi-ruyiniz həqiçün, De heykəli-muyiniz həqiçün, Gəlmiş yenə ol rəsuli-aşiq, Ol pak nəzər ğulami-sadiq.
Bir neçə pəyami var qatında, Ərz eyləyə anı həzrətində. Vardı yenə yarə bağbani, Təşviş oduna əridi cani. Toxuşdu dili gəlib kəlamə, Aydır: – Yenə gəldi dünki Namə. Miskin yenə fikri-xam bişürmiş, Ol bihudəni yola düşürmüş. Eşitdi bu sözni, cuş qıldı, Peymaneyi-qəhri nuş qıldı. Der var gətir ki, kimdürür ol, Munca nə gəlür beqovli-mahövl, Qorxmadı məgər zi kari-mazi? Qurtulduğuna degilmi razi?
Amədəne-bağban pişe-name. Be xedməte-mə’şuq bordən (Bağbanın məktubun yanına gəlməsi və onu Mə’şuqənin xidmətinə aparması)
Ol dəxi gəlib edir ki, dur, dur. Gəlsin dedi munda yari-məşhur. Leyk etdi itabilən xitabi, Der anlamadımı dün cəvabi. Yüz qaralığilə vardı Namə, İrişmədigin bilirdi kamə. Çün gördü onu nigari-məhru, Der: – Yenə nə gəldin, ey əbəsgu? Heç söyləmədin alıb əlinə, Baxdı açıb anın əvvəlinə. Qazıdı, götürdü nami-cəbbar, Pəs eylədi naməni du səd par. Çün gördü anın bu halını huş, Gəldi mana biqərarü bihuş. Gəldivü iraxdan etdi avaz: – Qəhr etdi rəsulə türki-tənnaz. Səd parə qılıbdır ol sitəmkar, Gəlməz dəxi var, özünə qıl çar.
Bu söz yenə qıldı canı büryan, Ğəmnak könülni, çeşm giryan. Vardım yenə ol rəfiq qatına, Ol munisü dil şəfiq qatına. Çox etdi mənimçün ahü vayi, Gözündən axıtdı dürlü çayi. Der: – Xanda bulam əlacın, ey yar, Kimdən bitə ehtiyacın, ey yar, – Sən bil, – dedim, – ey mana mürəffəq, Öldüm bu ğübar ilən mühəqqəq. Fikr edüb aşağə saldı başin, Der: – Göndər ol ayə çeşm Yaşin. Mərdümzədələrcə möhtərəmdir, Kim möhtərəm olsa, ol hərəmdir, Dilbər qapusuna ol səpər su, Qoymaz gözünə beğəflət uyxu. Axar sənəm ayağına çün çay, Dürdanə bilən səni qılur bay Xüşk olsa damağ, edər tər ol yaş, Pür qıldı gözün zi gövhər ol yaş. Həm dəmbədəm ol yüzün aridür, Hiç olmaz anın təki arı dür. Dür töksün önünə danə-danə, Yar andan edər qulağə tanə. Eynindən olur rəvan çü zəmzəm, Oldur sənin ilə doğru həmdəm. Boldum çü vüquf bu xəbərdən, Qan doldu iki gözüm cigərdən. Mərdümə dedim ki, nuri-eynim Kim, səndən alur bu nuri eynim. Bu gün mənim ilə bir iş işlən, Fərzəndinizi mana bağışlan. Kim, elçi qılam o dilrübayə, Şayəd ki, bulam anınla vayə. Gözüm bu sözüm dutub dedi: – Al, Fərzəndi-əziz, caməsi al. Çox sərzəniş etdi ana kirpük,
Ta ola mənim işimdə çabük. Mərdümdən alub betöhfə gövhər, Axdı, yeridi besuyi-dilbər. Dedim ki, nigarə ver səlami, Sonunda oxu bu qaç kəlami. Ol səxt dili məgər ola nərm, Sərd ikən ola bizimlən ol gərm. Bəs oxu bu şe’ri yar qatında, Ağla bəsi zar-zar qatında.
Şe’r əzzəbane-aşeq be təriqe-elhah (Aşiqin dilindən yalvarış tərzində şe’r)
Ey tuba budağı, sərvi-dilcu, Ey bağça nihalı, yari-niku.
Sən şad olasan cahanda daim, Öldürdü məni yolunda qayğu.
Bir mu mana vermədin saçından, Ey hüsnü pəri, nə xudurur bu?
Hicrin məni uştə dağə saldı, Sən nerdəsən, ey ğəzalə ahu?
Ülkər kimi yolda qaldı çeşmim, Görsət yüzün; ey nigari-məhru.
Döndərdi ğəmin tənim hilalə, Bir gəz mana görsət axir əbru.
Ol incə miyanınız ğəmindən Hicr ilə vücudum oldu bir mu.
Çox yaşimi didədən bu dəm al, Gəl abi-vüsal ilən məni yu.
Sən necə sitarəsən ki, hər şəb Apardı ğəmin gözümdən uyxu?
Dərd ilə Xətayi oldu bimar, Tiryaki-ləbindən eylə daru.
Nameye-həftom. Rəftəne-əşq besuye-mə’şuq (Yeddinci məktub. Göz yaşının Mə’şuqun yanına getməsi)
Çün yola düzəldi, Yaş getdi, Əql ilə rəvanü baş getdi. Axdı, yeridi besuyi-dildar, Mərdümək adı, özü göhərbar. Qılmadı bu yolda bir dəm aram, Sidq ilə işimə qıldı ehram. Xub sürdü rikabın ol vəfadar, Ol gülşənə yetdi k-ondadır yar. Görgəc anı çəkdi atı başin, Səncidə qılurdu içü daşin. Heyrət gözü birlə baxar idi, Yar suyinə könlü axar idi. Qılmaqda tamaşa gülstanə Oldu gözü tuş bağbanə. Çün gəldi yanına bağbanın, Sordu xəbərin nədir nişanın. Der: – Qasidəm ol şikəstə zarə Kim, aşiq olubdur ol nigarə. Lütf eylə yeri, bu bəndədən var, Ərz eylə ana dilimdən əsrar. Degil yenə gəldi özgə qasid, Təhqiq gəlibdir ol nə qasid. Bir töhfə əlində gövhəri var, Arizdir özüvü cövhəri var. Gər mehr qılursa sərvi-dilcu, Bağına həmişə bağlayım su. Çün ona bu növ’i rüşvə verdi. Naziklik işinə işvə verdi. Tez vardı, nigarə söylədi ol. Ol sevgili yarə söylədi ol. Der: – Yenə sizə rəsul gəlmiş.
Ba tövrəvü ba üsul gəlmiş. Pak eyləmiş ol üyuni-zati, Bənzər kişi oğluna sifati. Bir töhfə əlində gövhəri var, Özü əvəz əldə cövhəri var. Dedim: – Nerədən gəlürsən, ey yar? Aydır ki, zi aşiqi-cigərxar. Dildar yenə itabə düşdü, Zülfi təki piçü tabə düşdü. Der: – Var, degil ki, getsin anı, Algil mana əldə tərcümanı. Var de, desin ol cəfagüzinə Qatımda özü nədir, sözü nə? Çox etmə şikayə firqətimdən, Qurtarmanam anı hirqətimdən. Məndən apar ana naümidi, Ta dutmuya vəslimə ümidi. Bu şe’rimi qılsun anda ağaz, Dutmaya ümidi mehrimə saz.
Şe’r əz zəbane-mə’şuq betəriqe-naomidi (Mə’şuqənin dilindən ümidsizlik tərzində şe’r)
Ey əbləhü bimuradü bihuş, Peyğamına dəxi dutmanam guş.
Alman səni mən fəraq əlindən, Qılgil bu xəyali sən fəramuş.
Meydanda başını top çalman, Çövkani-saçım yüz olsa bər duş.
Min qatla səni mən eyləmən yad, Gər qılmaz isən məni fəramuş.
Yüz sən təki huşyar könlü Eşqim anı qıldı məstü mədhuş.
Yetərmi əlin, e dəsti-kutah, Mən sidreyi-sərvəmü qəbapuş.
Bu nəqşi-üzarımın ğəmindən Yüz lövhi-könüllər oldu mənquş.
Niş oldu Xətayiyə bu ən’am, Çün şəhdü şəkər sən eyləgil nuş.
Amədəne-bağban be suye-əşk. Xəbəre-naomidi (Bağbanın göz yaşının yanına gəlməsi. Ümidsizlik xəbəri)
Gətirdi çü bağban xəbərni, Der: – Qıldı qəbul ol gəhərni. Leykin sana şah verdi dəstur, Getsün dedi tez, oturma, dur, dur! Göz yaşı bulandı, oldu meygun, Könlü bu xəbərdən oldu məhzun. Ğayətdə məlul, halı zəbzəb. Bu fikr ilə sürməz idi mərkəb. Aydır: – Necə varım ol cəvanə? Eşidə bu sözü, odə yanə. Hər fikr ilə, hər ğəm ilə yetdi, Gülşən yörəsini ab dutdi. Şad oldu könül ki, gəldi Yaşıim, Titrər zi həvəs içimlə daşim. Çün gəldi mənim yanuma yetdi, Sordum ana kim, nigar netdi? Ğəm könlünə xeyli kar qılmış, Ya cövrü cəfami yar qılmış? Der: – Sorma, əya ğəribü məhrum, Verməz sana vayə taleyi-şum. Gər qıldı qəbul töhfəmizni, Görmədi vəli çü töhfə bizni. Çün yenə bu sözni eylədim cəm’, Ah oduna can tutuşdu çün şam’.
Dedim yenə ol rəfiqi-halə, Yaşdan dəxi yetmədim vüsalə. Bəs dəxi nedim, nəsihət eylə, Əltafü kərəm, mürüvvət eylə. Aydır: – Yenə göndərin ana Yaş, Ğəmxardurur sana o qəllaş. Dərdi-dilini o yaxşı bilür. Əldən gələni yolunda qılur. Çün töhfəni eyləmiş qəbul ol, Mehr etməginə ümidvar ol. Bir ləhzə fəğanü zari qıldım, Yaşı yüzüm üstə cari qıldım. Əhlən, – dedim – ey gözüm çırağı, Dur yenə sən eyləgil yarağı. Ğeyr əz tu bu işdə piş görmən, Hər yadı özümə xiş görmən. Sən vargil, əya cigər parası, Məskən sanadır gözüm arası. Mərdümlik edib söz etdi qəbul, Almış nəfəsi xəsisü məchul. Durdu yenə aldı ərməğani, Ol sərvə saru gedər rəvani. Dedim ki, səna qıl ol həbibə, Bəs halımı ərzə qıl həbibə. Bəs oxu bu şe’ri yarə qarşu, Bülbül kimi gül’üzarə qarşu. Ta yad edə bu şikəstə halı, Az edə məgər ğəmü məlalı.
Şe’r əzzəbane-aşeq (Aşiqin dilindən şe’r)
Ey yar, noleydi dilbər olsan, Ey mah, noleydi mehtər olsan.
Bədtərdir işim, ləbim dəxi xüşk, Tər qılsan oları behtər olsan.
Qəhr ilə cəfanı xeyrə döndər, Kim dutar əlin əgər şər olsan?
Rəhm eyləgil imdi bər müsəlman, Bütsən, nə əcəb ki, kafər olsan.
Gümrahdurur könül ğəmindən, Vəslin saru ana rəhbər olsan.
Rəhm eylər idin Xətayiyə sən, Bir qatla ana bərabər olsan?
Nameye-həştom. Rəftəne-əşk Bare-dovvom besuye-mə’şuq (Səkkizinci məktub. Göz yaşının ikinci dəfə Mə’şuqənin yanına getməsi)
Çün yola düzəldi. Yaş getdi, Əqlü dilü didə, baş getdi. Bulandıvü daşdı, çayə döndü, Gəh suyəvü gəh həvayə döndü. Ol sərvi rəvan saru yeridi, İrişməgə yarə yürür idi. Ol bağə irişdi hər neçük var, Etmişdi məqamin anda dildar. İstib yenə bağibani buldu, Bir cism idi ol ki, cani buldu. Dedi ki, həm ol fəqirü bimar Göndərdi məni sana digər bar. Var bir dəxi lütf edüb nigarə, Rəhm edə məgər o dilfikarə. Ol rüşvə ki, demişəm, bər anəm, Əz qofte xelaf mən nədanəm. Mehr etsə, sənindir anda minnət, Mən mərdüm isəm, sən eylə hörmət. Almağa cəvabi yeri, var tez, Al get göhəri bedəst aviz.
Çün bağban aldı ol göhərni, Vardı ki, ala nədir xəbərni. Yetürdü nigarə töhfəni çün, Gördü pərirüx o töhfəni çün, Der: – Söylə ki, gəlsün ol rəsulə, Varmı görəli sözü qəbulə. Gər qabil olursa həzrətimdə, Xas eyləyəm anı xidmətimdə. Çün gəldivü bağban dedi: – Dur. Xas etdi səni o yari-məşhur. Yaş getdi rəvani həzrətinə, Mədh etdi duayi-dövlətinə. Yar aydır ana ki, ey cigərxun, Çox etmə bu yolda sən cigər xun, Derlər səni çünki zadi-mərdüm, Olmuş vətənin səvadi-mərdüm. Hər yerdə ki var, hörmətin var, Hər xanda ki olsa, izzətin var. Çün əslilə mərdüməklisən sən, Gəlgil mana kim, gərəklisən sən. Sərvəm, dilərəm yanımda bir cu, Gülzari-cəmalimə gərək su. Bir çeşmə gərək önümdə pür ab, Ta bola ləbim anınla sirab. Şirin ləb isəm xoş ola gülgun, Xunxarə isəm, mana gərək xun. Leyliyə gərək səbuyi-pür ab, Ta naqə bola səfərdə sirab. Həna xoş ola bu mən nigarə, Ta hər dəm əlim dutam nigarə. Çün hüsn iləyəm şəhi-Xorasan, Həm Xosrovi-mülkü təxti-İran. Mülkimdə gərəkdir abi-Ceyhun, Sürxab gərək kim, ola dəmgun. Şiraz şəhi mənəm, ləbim xəmr, Bağdad məhi mənəm, ləbim səmr. Axsun vətənimdə şətti-Bağdad,
Gəzsün çəmənimdə Rükniabad. Mərdüm çü səni oxur dürəfşan, Xaki-dərim üstünə dür əfşan. Çün muca gərəklüsən mana sən, Neyçün varasan dəxi ana sən? Gər beylə səni irağə salur, Yüzdən sürübən ayağə salur, Qoyman dəxi anda gedəsən sən, Qasidliğin anın edəsən sən. Yaşım dedi ki, əya pəri ru, Səndən xaçan eylərəm bəri ru? Çün sana gərəklüyəm, mana sən, Bir xidmət edər qulam sana mən. Ondan dəxi səndən ötrü gəldim, Gördüm çü yüzüni, baxa qaldım. Amma dilərəm ki, ey pəri ru, Bir dəxi varam o xəstə saru. Dəsturun olursa, varayım bir, Olan xəbərini verəyim bir. Mərdümdən alam yenə iradət, Xoşdur oğul işi ba icazət. Aydır: – Yeri var, zud gəlgil, Od kimi varub çü dud gəlgil. Məndən dəxi aparma naümidi, Nə ümid apar, nə naümidi. Degil dəxi kəsməsün ricayi, Şayəd qılam ana mən vəfayi. Degil çü yanımda kəşfin oldu, Vəslim diləmək bəs işin oldu. Şəh qatda kimin ki, adəmi var, Əz cövrü sitəm nədən ğəmi var? Göz yaşı sevindi, düşdü bər rah, Der bəndəyə mürvət etdi ol şah. Tə’cil ilə axdı ol axar su, Nurkən yügürür misali-ahu. Gördüm ki, gəlür, rəvan yügürdüm, Baxdım yüzünə qılıb təbəssüm. Aydır ki, ver imdi müjdəgani.
Meyl etdi sana nigari-cani. Nomid oturma gəl vüsalə, Şayəd səni hicr əlindən alə. Çün bu xəbəri eşitdi guşim, Gəldi yerinə qərarü huşim. Əql ilə könül birər barışdı, Aram ilə səbrü dil qarışdı. Əltafi-xudayə şükr qıldım, Bu şe’ri o dəmdə fikr qıldım.
Şe’r əz zəbane-aşeq betəriqe-şokr (Aşiqin dilindən razılıq tərzində şe’r)
Meyl eylədi yar, həmdülillah, Dil tapdı qərar, həmdülillah.
Demiş ki, vüsalə qabil oldu, Ol sevgi nigar, həmdülillah!
Mərhəm edəsi cigərdə dağə, Ol lalə üzar, həmdülillah!
Qılsun eşigimdə demiş ol sərv Yaşımni nisar, həmdülillah!
Hər ləhzədə səd hezar bər həq, Hər gündə hezar həmdülillah!
Nəsx olmağı bilmişəm mühəqqəq Dildən bu ğübar, həmdülillah!
Vəslinə həbibinin Xətayi Ümmid dutar, həmdülillah!
Tə’rif kərdəne-aşeq əşkra (Aşiqin göz yaşını öyməsi)
Ol Yaşə dedim ki, nuri-didəm, Kim, səndən alur bu nuri didəm.
Qıldin mənim ilə mərdümi sən. Çün çeşmim içində mərdümisən. Yerin ola təxti-didə daim Kim, gözüm önündəsən mülayim. Mərdümlə həmişə aşinasən, Gözlərdə müdam rövşənasən. Bu saru yüzümni al edənsən, Öz cismini paymal edənsən. Bir dəxi mənimlə mərdümi qıl, Var yarə yenə yeni xəbər bil. Gör kim, bu ümid ta be keydir, Vəslilə xaçan bu mürdə heydir? Ta ki, dəmi-və’də olmaya fovt, “Əlmontəzirü əşəd minəl movt”. Bu şe’ri nigarə söyləgil sən, Mehr edici yarə söyləgil sən.
Şe’r əz zəbane-aşeq berəsme-tə’rife-mə’şuq (Aşiqin dilindən Mə’şuqəni tə’rif tərzində şe’r)
Ey şux, həmişə olsan şad, Hər sərv misali ğəmdən azad.
Şəhla bola ol du çeşmi-nərgis, Rüx tazəvü tər çü bərgi-şümşad.
Bünyadi-cəmalın ola qaim, Qıldın bu xərab evimni abad.
Hörutdan ol be fitnə fəttan, Həm sehr ilə Samiridən ustad.
Görməyə cəhan içində nöqsan, Ol hüsni mələk, rüxü pərizad.
Hər dəm yaşım, ey Əzizi-Misri, Yanında axar çü şətti-Bağdad.
Çün sana Xətayi aşinadır, Olmuşsan ana nə mə’nidən yad?
Nameye-nohhom. Rəftəne-əşk bare seyyom besuye-mə’şuq (Doqquzuncu məktub. Göz yaşının üçüncü dəfə Mə’şuqənin yanına getməsi)
Ol əşk yenə çü mindi atı, Ümmid ilə atı sürdü qatı. Çox lö’lö götürdü ərməğani, Ol sərv saru gedər rəvani. Çün yetdi bekuyi-kaxi-dilbər, Gördü sənəmi-firiştə peykər. Bər səhni-sərirü tac bər sər, Durmuş ayağ üstə sərvi-ər’ər. Yaşım çü irişdi həzrətinə, Ol yari-vəfalu xidmətinə. Məndən çox ana qılıb dualar, Kəşf etdi dua ilən sənalar.
Şe’r əz zəbane-aşeq betəriqe-dua və səna (Aşiqin dilindən dua və alqış tərzində şe’r)
Yarəb, sana həq bola nigəhdar, Üşşaqinə bol ğəmində ğəmxar.
Bimarə vüsalın oldu şərbət, Hər işdə sana həq edə timar.
Hafizliğ içün du zülfi-zəngi Ol Rumi rüxündə ola dəvvar.
Gülzari-cəmalınız ğəmindən Bülbül təki eyləsün məni zar.
Gənci-rüxün üstə hafiz etsün Bir həlqə saçını həmçü şəhmar.
Mən kimi hezar aşiq olsun Ol mehri-rüxün ğəmindən əfkar.
Gül kimi üzarınız cəfası Qılsun dilü canları pür əz xar.
Hicrində Xətayi xəstə halə Vəslin qıla çələb nigəhdar.
Nərm şodəne-dele-mə’şuq və həvadariye-əşk və tə’rif kərdəne-ura (Mə’şuqənin ürəyinin yumşalması, göz yaşına havadarlığı və onu öyməsi)
Eşitdi bu sözni sərvi-dilcum, Oldu dili-səxti nərm çün mum. Çox eylədi Yaşə mədhü təhsin, Təhsin ilə qıldı sözni təzyin. Aydır ki, əya düri-məani, Kim mərdüm ola budur nişani. Qıldın çü mənimlə əhdinə cəhd. Bəs mərdüm olan dürüst edər əhd. Bəs sordu neçükdürür bu miskin, Hicran qəfəsində mürği-ğəmgin?
Şe’r berəsme-porsidəne-mə’şuq hale-aşeq (Mə’şuqənin Aşiqin vəziyyətini soruşması tərzində şe’r)
Der söylə ki, ol ğəmin əsənmi? Hicrində gözü nəmin əsənmi?
Ol eşqimə sadiqim nə işdə? Ol könlü arı zi kin əsənmi?
Kafir gözüm anı çox qınadı, Mehrim təki əhli-din əsənmi?
Ayrıldı cəmali-Yusifimdən, Yə’qubi-dili-həzin əsənmi?
Ğəm yükün o mur çəkdi çün fil, Səbr ancaq ola həmin, əsənmi?
Çox etdi Xətayiyə cəfa hicr, Ol əhdü vəfayə çin əsənmi?
Rəha kərdəne-mə’şuq səbara və ozr xastəno ferestadən be aşeq (Mə’şuqənin Səbanı azada etməsi, ondan üzr istəməsi və Aşiqin yanına göndərməsi)
Dilbər çü oxudu bu sənanı, Dağıtdı kəməndi-dilfəşanı. Ol peyk Səbanı qıldı azad, Şirinə yürütdü mehri Fərhad. Çox verdi ana nəsihətü pənd, Aydır ki, əya şikəstə dər bənd, Laf edər idin zi danişü kar, Bala ilə zirdənəm xəbərdar. İsa nəfəsilə həmdəməm mən, Hər türreyi-yarə məhrəməm mən. Afaqi-cahanda uraram laf, Olur səfərim zi Qaf ta Qaf. Bəs nişə zi bəhri-aşiqi-nov Bənd olasan, ey həmiqi-kəcrov. Xaçan ələ girə nuş biniş? Mərhəm qılunur həmişə bər riş. Bilməz çü vəfayi kim cəfalər, Bilür çü cəfa görən vəfalər. Həm qədri-behişti ol bilür kim, Kim yanmış ola o dər cəhənnəm. Kim çəkməsə rahi-Kə’bəni həm, Rahət nə bilür zi abi-zəmzəm? Kim çəkməsə zəhməti-müğilan, Hənnanə yetər, nə xud be Mənnan. Çünki dura-dura xeyr olur şər, Səbr eyləmək ilə nəf’ olur zər. Gər çəkməsə mur qəhri-divan, Yetməzdi be dərgəhi-Süleyman. Əyyub çü dərdə sabir oldu, Gör, şə’ninə “nə’m” sadir oldu. Səbr eyləməsəydi piri-Kən’an, Yusif yüzüni görərdi xandan?
Qıldı çü Züleyxa səbri-muxtar, Verdi Əziz ana Misri ba yar. Səbr ilən olur zi ğurə mey dəx, Səbr ilən yetər muradə şey dəx. Tut yaprağı səbr ilən olur ğəz, Səbr ilən olur şərab əz rəz. Səbr ilən açıldı ğönçeyi-təng, Həm səbr ilən oldu lə’l əz səng. Həm səbr ilə dutdu çini zəngi, Səbr ilən alur çətük pələngi. Səbr ilə kişi məramə yetdi, Həm səbr ilə təşnə camə yetdi. Məcnun be səbr buldu Leyla, Səbr ilə çıxar zi sər bu sevda. Səbr ilə dutar cahan nizamı, Səbr ilə yetər könül məramı. Səbr ilə tapar cahan vüqarı, Qul səbr ilə buldu kirdigarı. Səbr ilə zəmin verür nəbatat, Səbr ilə yetər gögə münacat. Səbri yox olana çox xərəcdir. Çün səbr fütuhi-hər fərəcdir. Əksükligini budur yəqin bil, Bəs qılma işində dəxi tə’cil. Məndən yeri vargil ol fəqirə, Ol higrim əlidə dil əsirə. Çox etdi əgərçi ol şikayət, Çəkdi vəli cövri-binəhayət. Ğəm yükünə qıldı fil təki zur, Oldu ğəm ilən vücudu cün mur. İçdi yüküş ol fəraq zəhrin, Andan götürüm bu zəhr qəhrin. Zəxm etdi ana sinani-ğəmzəm, Lə’limdən edim o zəxmə mərhəm. Tükəndi qərarü səbrü huşi, Rahət meyi ola şimdi nuşi. Tökdü qanını bu ğəmzeyi-tiz,
Verim diyət əz ləbi-şəkər riz. Verdim ana cövr ilən məmatı, Bir bus ilə bəxş edim həyatı. Boynuna qılım qolum həmayil, Heyrət bilə ola əqli zayil. Vəslimə qılım bu gecə vasil Kim, ola muradı cümlə hasil. Bu şe’ri degil o xəstə halə, Bilsün ki, qəbul olur vüsalə.
Şe’r əz zəbane-mə’şuq betəriqe-də’vəte-vosal (Mə’şuqənin dilindən qovuşmağa çağırış tərzində şe’r)
Gəl, gəl bəri, ey görən cəfalər, Kim, yar sana qılur vəfalər.
Gəl, gəl ki, əgərçi pür xətasən, Çin oldu yanımda hər xətalər.
Gəl, gəl bəri, ey pür əz bəla dil, İmşəb bulasan şəfa bəlalər.
Gəl, gəl bərü, ey ğəmimdə bimar Kim, bu gecə yar edir dəvalər.
Ey Xəstə Xətayi, gəl ki, yarın Könlün aluban qılur vəfalər.
Amədəne-səba besuye-aşeq ba xəbəre-mojde (Səbanın muştuluq xəbəri ilə Aşiqin yanına gəlməsi)
Əzm etdi Səba beşadkami Kim, tapdı o dilşikəstə kami. Sürdü atını rəvan rəvani, İstərdi kim, alə müjdəgani. Çün gəldi, irişdi tərfi-bağə, Peyki-fərəh irdi bağü rağə.
Gizləndi betərfi-gülsitan ol, Eşqimni qılırdı imtahan ol. Mən dutmuş idim du çeşmi bər rah, Ta kim, gələ əz təriqi-dərgah. Nagah Səbayi-nikxahim Qapdı gəlübən zi sər külahim. Aydır: – Di ver imdi müjdəgani, Gəlsün dedi ol nigari-cani. Kim, bu gecədir zəmani-vəslət, Vəqti-tərəbü hüzurü işrət. Bu sözün anın çü guş qıldım, Xızr abı idi ki, nuş qıldım. Bu mürdə tənim bulub həyati, Tapdı dilü can zi ğəm nicati. Rəqs eylər idi tənimdə canım, Bu şe’ri oxur idi zəbanım.
Şe’r əz zəbane-aşeq betəriqe-kamran (Aşiqin dilindən şadlıq bildirmək tərzində şe’r)
Pəh, pəh ki, mənəm o cismi-bican Kim, nagah ona ulaşdı bir can.
Pəh, pəh ki, mənəm o Xızra nisbət Kim, ana yoluxdu abi-heyvan.
Pəh, pəh ki, mənəm səqimi-möhlik, Hatifdən ana irişdi dərman.
Pəh, pəh ki, mənəm şikəstə Yə’qub Kim, buldu vüsali-xubi-Kən’an.
Pəh, pəh ki, mənəm əzizi-Kə’bə, Hənnanə irişdi, buldu Mənnan.
Pəh, pəh ki, mənəm o muri-pamal Kim, verdi ana nigin Süleyman.
Ey Xəstə Xətayi şakir ol kim, Mehr ilə vüsalə döndü hicran.
Afərin kərdəne-aşeq besəba və ferestadəne-pişe-mə’şuq (Aşiqin Səbanı öyməsi və Mə’şuqənin yanına göndərməsi)
Dedim ki, Səbayə şad bolgil, Bər kami-dilü murad bolgil. Xoş zindədilü rəvan fərəssən, Pür müşk sözün, qəbul nəfəssən. Qıldın bu vəfalığı mənimlən, Can ola fəda sana tənimlən. Dur bir dəxi var ol həbibə, Ol dərdə düşənlərə təbibə. Söylə ki, dedi o mehribanın, Layiq nə gətirsin ərməğanın? Şəhlər nəzərnidə töhfə xoşdur, Yazıq anadır ki, dəsti boşdur. Gözdən düri-şahvar aparsam, Ya cani-pür əz ğübar aparsam, Can nəstə degil bərayi-canan, Dür qədri nədir be pişi-sultan. Gövhər kişinin öz ərməğani, Öz qədrimisali-tərcümani. Kim, muri-fəqir ba Süleyman Payi-mələxi apardı bürhan.
Nameye-dəhhom. Rəftəne-Səba be pişe-mə’şuq cəhəte-ərməğano hədiyye (Onuncu məktub. Səbanın hədiyyə ilə bağlı Mə’şuqənin yanına getməsi)
Çün yetdi Səba o yar qatına, Ol türki-vəfagüzar qatına, Söyləşdi, cəvabın aldı, gəldi, Hər sözdə səvabın aldı, gəldi, Başdan diləmiş ki, dür gətürsün, Bir damən anınla pür gətürsün.
Həm bilə əqiqi-pür bəhalər, Yüzdən dəxi dürlü kəhrübalər. Qılsın yenə neçə nəzmi-əbyat, Fikr etsin ana hezar kərrat. Bu qəsd ilə kim, qavuşdu həsrət, Dəf’ oldu ğəmü bəlavü möhnət. Bir vəchilə nəzmin eyləsin der, Dürtək qulağımda eyləsin yer. Bu sözləri çün eşitdi guşim, Qalmadı qərarü səbrü huşim. Daldım gözüm içrə həmçü qəvvas, Aldım düri-pakü gövhəri xas. Yaşımdan alub əqiqi-gülgun, Yüzüm təbəqin pür etdim əz xun. Nəzm etdim o dəmdə neçə əbyat, Fikr etdim ana hezar kərrat.
Şe’r əz zəbane-aşeq nəhce-tələbe-mə’şuq (Mə’şuqənin istəyi ilə Aşiqin dilindən şe’r)
Xoş dəm ki, bu cismü canqavışdı, Canan ilə həm cahan qavışdı.
Bu gündürür ol ki, xəstə Yə’qub Yusifdən azub rəvan qavışdı.
Bu gecədir ol ki, təşnə Xızra Heyvan suyu nagəhan qavışdı.
Bu dün odurur ki, fəxri-aləm Ba həzrəti-laməkan qavışdı.
Adəmlə bu gün buluşdu Həvva, Yüz cəhd ilə dər cahan qavışdı.
Oldur bu gecə ki, əhli-iman Uçmağ ilə cavidan qavışdı.
Fərxəndə zəman ki, dilbərinə Ölmüş tən ilə bu can qavışdı.
Şükr eylə Xətayi, kim səninlə Ol şahidi-mehriban qavışdı.
Təvəccoh kərdəne-aşeq besuye-vəsle-mə’şuq (Aşiqin Mə’şuqənin vəslinə diqqət yetirməsi)
Qıldım yazuban sözü vərəquş, Biəql yeridim anda, bihuş. Şad idim vücudum, oynar idi, Can həsrət odunda göynər idi. Səbr etmək idi tənimdə canım, Axmazdı həvəslə rəgdə qanım. Varmazdı ayaqlarım zi həsrət, Görməzdi gözüm yolu zi heyrət. Xoş yoldur o kim, ulaşa ba yar, Mənzur ola ana ruyi-dildar. Xoş varə qədəm be suyi-dilbər, Mənzil ana bola kuyi-dilbər. Bixud yerir idim edib əfğan, Əz buyi-şərabi-vəsli-canan. Tən canı yetirdi hər neçük var, Gördüm çü pəri besəhni-gülzar. Bir şəkl göründü, bir şəmayil, Əqlim ilə huşum oldu zayil. Bisəbrü qərarü huş düşdüm, Qıldım meyi-vəsli nuş, düşdüm. Dilbər yanıma gəlib oturmuş, Nazik dizinə başım götürmüş. Vermiş ləbin ağzıma çü sordum, Açdım gözümü, yüzüni gördüm. Başdan yenə getdi ah edib əql, Həm huş yerindən eylədi nəql. Əmzirdi ləbi-pür əz həyati, Tapdı yenə dil bər əz nicati.
Şirin dodağilə toxdadı can, Ölürmi içənlər abi-heyvan? Açdım yenə çün gözümni nagah, Görəndə dedim ki, həmdülillah. Bu sənmisən, ey nigari-məhru? Ta xeyli-xəyalım olmasun bu? Vəslin anuban ola könül xoş, Mə’nidə xəyal ola əlim boş. Bihuş könül çü gəldi ba huş, Aldım anı can kimi dər ağuş. Kam aldı bu dil be buseyi-çənd, Lə’lindən əmirdi şəkkərü qənd. Gəh yüzün öpüb, gəhi ləbanın, Gəh lə’lin əmib, gəhi zəbanın, Gəh zülfin edirdim əldə dəstə, Gəh said olub, gəhi xocəstə. Gəh ağzım ilən dutub dilini, Gəh qolum ilən qucub belini. Gəh hüsni təki vüsalə məğrur, Gəh çeşmi misalı məstü məxmur. Gəh payinə döşəyib yüzümni, Gəh heyrət ilən görüb özümni. Gəh sinə qoyub bu sinəsinə, İkram edər idi sinə-sinə. Gəh zülfi təki öpüb ayağın, Dişlib çü məgəs gəhi dodağın, Gəh qucar idim belin kəmərvar, Gəh dişlər idim dilin səmərvar. Gəh kəfşinə can olurdu qurban, Gəh yaşım ana gedirdi ğəltan. Gəh boynuna qolum eyləyib piç, Lə’lin qıc edib, dəhanını miç. Gəh qaşına can olurdu qurban, Gəh oxuna cism olurdu qalxan. Gəh tökər idi du didə Ceyhun Dişlib dodağın olurdu pür xun. Gəh ruzi-fəraqi fikr edirdim,
Gəh vəsl güninə şükr edirdim. Gəh zülfi təki boyundan aslu, Gəh kəfşi təki ayağda yaslu. Gəh hali-dilim qılıb təfəkkür, Derdim neçə beyti dər təhəyyür.
Şe’r əz zəbane-aşeq bər vəche-təhəyyore-məqame-vəslət (Qovuşma çağının heyrəti münasibətilə Aşiqin dilindən şe’r)
Can xoşdur əgər buluna canan, Qul xoşdur əgər yetər be sultan.
Aşiq nə xoş ola hicr əlindən Qurtulavü yarə ola mehman.
Gər dönsə fərağə vəslət, eyvay, Xoşdur ki, vüsalə dönsə hicran!
Xoşdur ğəm içində piri-məhzun, Ta ki, yetə ana xubi-Kən’an.
Xoş bola qaranğu gecələrdə Görünə tülui-mahi-taban.
Ya zülmət ara qalan Sekəndər Xoş buldu zülali-abi-heyvan.
Ğəm yemə, Xətayi, şad bol kim, Mehr ilə vüsalə döndü hicran.
Məcnəvi
Ol gül kim, ana dil oldu bülbül, Gülzari-rüxündə verə nur gül Ol şuxə ki, can olurdu Fərhad,
Şirin dodağından aldı yüz dad. Ol yarə ki əql olurdu Məcnun, Uş Leyli saçına oldu məqrun. Pərvanə idi o şəm’ə bu can, Bir tabi-rüxündən oldu büryan. Ol mahə ki, can müştəridi, Vəslət gecəsində xoştər idi.
Təhsin kərdəne-mə’şuq səbre-aşeqra. Hecran və fəraq (Mə’şuqənin Aşiqin dözümünü öyməsi. Ayrılıq)
Təhsinim edərdi ol pəri ru, Çəkdinmi fəraqü dərdü qayğu. Zar etdi səni bu ruyi-çün gül, Gül görməsə, səbr edərmi bülbül? Bir badə qurur, zi tabi-hicran Gər içməsə səbzə abi-baran. Halın nə ləbimdən ayru miskin? Fərhad ölür zi dərdi-Şirin. Pərvərdə bolurmu cismi-biruh? Olmasa gəmisi, ğərq olur Nuh. Zar oldu be dərdi-eşq Əyyub, Səbr eyləmədi fəraqə Yə’qub. Gər hicr yüki düşər bəirə, Kafir xaçan uğraşur səirə? Gər yükləsə hicr odun cibalə, Çovğundan olur zühur nalə. Gər firqəti salsan asimanə, Göglərdə mələk cəmii yanə. Hicran odu gər düşər zəminə, Yandıra zəmini-həftüminə. Gər hicrin odu düşərsə bəhrə, Bəhr ola çü bər düşüb be qəhrə. Gər olmasa firqətü bəla, bil, Olmazdı həzar nitqə qabil.
Pərvanə əgər fəraqə yanmaz, Ğəltan oluban oda boyanmaz. Eşq əhli fəraqə düşməsəydi, Mə’şuqə pəri qarışmasaydı. Məndən sorar idi yari-cani, Sevməkdə qılırdı imtahani. Derdim mən anı neçük qılım ədd, Sevməkdə səni qılamazam hədd. Yanımda hezar hur olursa, Yüz işvəvü naz əgər qılursa, Hər biridə səd girişmə bolsa, Alışma ilən verişmə bolsa. Bir dərdü xəyalın olsa dildə, Ya mehri-cəmalın olsa dildə, Qılmayam olarə könlü mayil, Olmaya yüzün xəyalı zayil. Hər gözüm əgər olursa yüz göz, Bir yüzüm əgər oleydi yüz yüz, Səndən kəsəmən o gözlərimni, Sallam ayağına yüzlərimni. Hər əldə hezar barmağ olsa, Birində hezar dırnağ olsa, Yazar sifətin hezar barmağ, Pak edə qələmni nuki-dırnağ. Hər payım içün gər olsa yüznam, Səd dəst ola gər bu dəsti-yektam, Eşqinlə oları basmasaydım, Daməndən əlimni kəsməsəydim. Bir ağzıma gər oleydi yüz dil, Bir qəlbim əgər oleydi min dil, Bular sifətin sözün deyeydi, Olar ğəmi-eşqiniz yeyeydi. Hər başda hezar başım olsa, Hər gözdə hezar yaşım olsa, Başları yolunda oynadaydım, Yaşları sana nisar edəydim. Bir təndə hezar ruhum olsa,
Hər birinə ömri-Nuhum olsa, Ruhumu qılam qaşına qurban, Cismimi qılam türabə yeksan. Bir dişdə hezar dişim olsa, Hər dəmdə hezar işim olsa, Dutam ləbini o diş ilən mən, Hökmində olam hər iş ilən mən, Ol gecə nə boldu yar ilən hal, Dilim deyəməz sifati-əf’al. Zövqü tərəbü hüzurü vəhdət, Əfsaneyi-hicrü qövli-həsrət, Qorxardı bu könlüm əz səhərgah, Pozmaya gəlib hüzüru nagah. Gözüm baxar idi suyi-rövzən, Daim siyəh ola ruyi-rövzən. Yarəb, uzun eylə leyli-vəsli, Üşşaqə budur muradi-əsli. Faş eylə müdam ruyi-kövkəb, Rəf’etmə həmişə pərdeyi-şəb. Xurşidi müdam dər hicab et, Ğəmmaz gözünü dər niqab et. Əşya gözidin götürmə tabi, Aşiq qılur andan ictinabi. Bu sözdə idim nigar dər bər, Oxudu müəzzin “Allah əkbər”. Dedim ki, diriğ, gecə keçdi, Heç biləmədim ki, necə keçdi. Baz oldu fəraq ruzi-vəslət, Kam almadı dil bevəqti-fürsət. Ah eylər idim ki, düşməyim dur, Uyxudan oyandı çeşmi-məxmur. Aydır: – Nədir ey vüsalə məhrəm, Ahın nədir, ey yanımda həmdəm? Xud vəslə səni hərəm qılıbmən, Bağrın qanilən gözün silibmən. Dedim: – Nə sorarsan, ey pəri çöhr, Anla gün irişdi dər şəbi-mehr. Gündüz nə bilir bu sirri xali, Əğyarə zühur edir xəyali.
Gecə irişür həbibə məhbub, Talib gecə buldu kamü mətlub. Ol fəxri-cahanü nuri-fürqan Həm gecə irişdi nəzdi-sübhan. Şəb çıxdı be kuyi-Tur Musa, Şəb axdı fələk yüzünə İsa. Vəh, vəh ki, tükəndi və’deyi-vəsl, Göründü mana bu ruzi-biəsl. Üstümə lihafi eyləyib puş, Aldım yarı bir dəxi də ağuş. Qoydum ləb-ləb, besinə sinə, Qucdum qamu ruz kinəsinə. Matəmdə idim ki, ayrılam, ah, Görsətdi yüzün gün əz nəzərgah. Xavər şahı yaxə çak qıldı, Göglər təbəqini pak qıldı. Pak etdi günəş yüzüni əz xun, Qoşdu atını bu çərxi-gərdun. Göglər qədəmində rəqsə düşdü, Səyyarə şüayi nəqsə düşdü. Çin ləşgərini dağıtdı zülmət, İslam çərisini etdi də’vət. Hər Müştəri boldu ana Zöhrə, Rəqs etdi bu bəzmə çərxi-möhrə. Gər gündüzə xəlq müştəriydi, Amma mana gecə xoştəriydi. Çün gün doğuşu buraxdı təl’ət, Mən xəstəyə düşdü yenə firqət. Həzl eylədim ol dəm afitabı Kim, nişə götürdü bu niqabı?
Şe’r dər bade-həzle-Afetab (Günəşi tənqid tərzində şe’r)
Çıxdı yenə mana zur edən gün, Məsturləri zühur edən gün.
Bu sirri cahanə söyləməzmi, Bir zərrəni pür zi nur edən gün.
Xəffaşi-şikəstə ruzə aşiq, Çeşmin həsəd ilə kur edən gün.
Gər düşməz arayə şəb niqabi, Hər qatda vücudə zur edən gün.
Olmuşdu Xətayi yarə vasil, Yardan yenə anı dur edən gün.
Dəstur dadəne-mə’şuq Aşeqra (Mə’şuqənin Aşiqə buyruq verməsi)
Düşmən – dedi dust – dər kəmindir. Vəslim günü bu idi, həmindir. Bir busə mana verib pərizad, Dedi bu, sana yetər, yeri rad. Yar, etmə dedim bizi fəramuş, Durdum ki, gedəm nizarü bihuş, Gög qübbəsindən asıldı qəndil, Yüzündən alub niqabü məndil.
Şe’r dər babe-vedae-mə’şuq (Mə’şuqə ilə vidalaşma mövzusunda şe’r)
Ey sevgi nigar, sən qal imdi, Ey işvəli yar, sən qal imdi.
Vəslindən irağ ah-vaylı, Dil xəstəvü zar, sən qal imdi.
Hicranın odunda gecə-gündüz Dil yenə yanar, sən qal imdi.
Ğəm qışı mana cəfalər eylər, Ey tazə bahar, sən qal imdi.
Umar bu Xətayi yadigari, Ta tuta qərar, sən qal imdi.
Şe’re-yadeqar dadəne-mə’şuq Aşeqra (Mə’şuqənin Aşiqə yadigar şe’r verməsi)
Der var bilədir səninlə qayğu, Qan yaş iləruyi-rəngi saru.
Bəd halətə düşmə, çünki vardır Biləncə xəyali-ruyi-niku.
Tiği-ələm iki bölsə cismin, Yarusu mənimlə, səndə yaru.
Qılma məni cüstcu ki, bəsdir Çeşmində xəyali-yari-dilcu.
Bu ahu gözümdən ayru düşsən, Var həmnəfəsin ğəm ilə yahu.
Bu incə belim ğəmi, Xətayi, Etməzmi tənin misali-yek mu?
Şe’r dər babe-həlali xastəne-aşeq əz mə’şuq (Aşiqin Mə’şuqədən halallıq istəməsi mövzusunda şe’r)
Xoş qal – dedim – ey həbib canan, Bu mürdə tənim içində çün can.
Çox tökdün isə həlal bolsun, Afət bıçağilə didədən qan.
Cəm’ olmadı dil ğəmində, vəh, vəh! Ey zülfi mənim təki pərişan.
Sən min yaşagil be kamrani, Mən ölür isəm, nə ğəmdir, ey can!
Su səpdi yüküş qapunda hər dəm Eşqin yoluna bu çeşmi-giryan.
Bağrımla gözüm yaşı evində Çox odlu gözün nəmək yedi, nan.
Bu xəstə Xətayi yad qılma, Zinhar, unutma əhdü peyman!
Dəp mofareqət əz vosale-duste-cani (Könül dostunun vüsalından ayrılmaq barədə)
Çün oldu tamam nəzm təkmil, Vəsl oldu həman fəslə təbdil. Səndən necə kim, can ayru düşdü, Tən ya çürüdü, ya sayru düşdü. Ölüncə unutman ol həbibi, Gül bəs unudarmı əndəlibi? Təqdirə var isə ola tədbir, Yox isə nə çarədir be təqdir. Hicrində çü zadü nun keçdi, Sindən dəxi bir füzun keçdi.1 Çün sərvəri-Çin irişdi Şamə, Xətmində mükəmməl oldu namə. Xətm oldu bu namə ruzi-şənbə, Eşq ilə həmişə suz şənbə.
Şe’r dər xatəmeye-ketab və səbəbe-tə’lif (Kitabın bitməsi və yazılmasının səbəbi barədə şe’r)
Yarəb, irağ etmə cismü cani, Heç bəndəyə verməgil sən ani.
Sanma bu sözü bəyani-vaqe, Sözdür qamusu be sərzəbani.
Vəslin dilərəm vəfalı yarın Kim, fanidürür məcaz, fani. ____________ 1 Bu beytdə poemanın yazılma tarixi bildirilmişdir: zad – 800, nun – 50, sin – 60. Bu rəqəmləri toplayıb üstünə bir gəlsək (bir füzun sözünə görə), poemanın hicri 911-ci, miladi 1506-cı ildə yazıldığı müəyyənləşər.
Çox məstə sifətdə zahir, ey dust, Görsət yüzünü bizə nihani.
Bu fani ömür cahanda qalmaz, Bəxş et bizə ömri-cavidani.
Bu dari-cəhan çü bir fənadır, Vergil bizə xaneyi-bəqani.
Üç nəstədürür səbəb bu namə Kim, boldu zəruri qılamğ ani.
Əvvəl səbəb oldu nəzmi-tövhid Kim, bəndəligin odur nişani.
İkinci bu kim, olanda ğəmgin Bu könlünün ola mehribani.
Üçüncü bu kim, qalursa xoşdur Bu dünyadə hər kimin nişani.
Ta deyə ani görən mühüblər, Rəhmətlik ola anın rəvani.
Hər kim ki, bizi anarsa bolsun Dər bürci-səadət aşiyani.
Kiməm ki, deyəm Xətayiyəm mən, Əhsəntü təbarək, ey filani.
Kim muni oxur, yazarü dinlər, Həq lütf ilə yarlığasun ani.
Lüğət: Rəhman – şəfqətli, rəhmli; Sübhan – Allah; Dil – ürək; Vird – bir duanı həmişə söyləmək; Zikr – anma, söyləmə; Fəzl – fəzilət – dəyər, üstünlük, bilik; Pənd – nəsihət; Bəzm – kef məclisi; Kərim – səxavətli; Nuri – rəhman – ilahi nur; Qəndil – çilçıraq; Dürr – inci; Pür – dolu; Bəhr – dəniz; Qamu – hamı; Kün – fəkan – dünya, aləm; Müşt – yumruq; Mürği – hərim – məhrəm quşu; Səm – eşitmə, qulaq asmaq; Guş – qulaq; Şəcər – ağac; Təriq – yol, cığır; Zülal – saf su, sağlam, təmiz; Nafə – ahunun göbəyi; Məqrun – yaxın; Kar – iş; Yüküş – çox, bol; Qəhr – acıq, kədər; Bəsi – çox; Mühəqqəq – doğru, gerçək; Hezar – min; Əflak – fələklər; Ənbiya – nəbilər, peyğəmbərlər; Müştaq – istəyən, arzulayan; Türab – torpaq; Eyn – göz, hərf adı; Münəvvər – işıqlı; Badi – fəna – fəna yeli; Xəsm – düşmən; Sayə – kölgə; Mehr – günəş; Ümmət – kütlə, xalq; Didə – göz; Küfr – inamsızlıq, kafirlik; Dimağ – burun, beyin; Şəb – gecə; Məzhər – təzahür, yetişmə; Cüda – ayrı; Piş – qabaq; Sirri – əf’al – işlərin sirri; Üstiva – orta xətt; Münkir – inkar edən, danan; Dur – uzaq; Kəmtər – lap az, azacıq, etibarsız; Mürüvvət – mərdlik, insanlıq; Kəminə – aciz, ən kiçik; Dərban – qapıçı; Natəvan – gücsüz; Asitan – eşik, astana, hökmdar qapısı; Qalə – söz, demək; Çərxi – kəcrov – əyri dolanan zəmanə; Zənbur – arı; Əsrar – sirlər; Xatəm – üzük; Vəli – ancaq, lakin; Nüzul – düşmə, enmə; Bəha – qiymət, dəyər; Hümay – cənnət quşu, dövlət quşu; Nəqşi – üzar – üzün nəqşi; Ələm – dərd, qəm; İradət – istək, dilək; Mədəd – kömək; Cavidan – əbədi; Üqba – axirət, o biri dünya; Dili – şeyda – vurğun ürək, sevən könül; Gənc – xəzinə; Rəhnüma – yol göstərən; Damən – ətək; Faxtə – qumru, çöl göyərçini; Xəndan – gülən; Ənar – nar; Dəndan – diş; Əbri – neysan – yağmurlu bulud; Səd – yüz; Xəmr – şərab; Təngə – pul; Gird – çevrə, dolanma; Pirahən – köynək; Mah – ay; Qəba – üst paltarı, qaba; Sirab – doymuş; Abi – həyat – dirilik suyu; Vərdi – əhmər – qırmızı gül; Niqab – üz örtüyü; Çin – düz, doğru, qıvrım; Əxzər – yaşıl; Əndəlib – bülbül; Uyxu – yuxu; Şanə – daraq; Təzərv – qırqovul; Şəbnəm – şeh; Bid – söyüd ağacı; Pərva – qorxu, rəğbət; Yahu – ay Allah, ey bura bax; Lərzan – titrək; Üqab – qartal; Zilli – sübhan – Allah kölgəsi; Dəhan – ağız; Mürğ – quş; Keyik – maral; Bala – yüksək, yuxarı; Ərus – gəlin; Şahbaz – tərlan, şahin; Mur – qarışqa; Tir – ox; Peykan – oxun ucu; Xod – öz; Bal – qanad; Xürrəm – şad; İnan – cilov; Leyli – yelda – qışın ən uzun gecəsi; Teyr – quş, uçan; Hüsn – gözəllik; Vərd – gül, ağac çiçəyi; Həmra – qırmızı, al; Şux – gözəl; Bidar – oyaq; Çeşmi – giryan – ağlar göz; Ləb – dodaq; Əbr – bulud; Xab – yuxu; Çeşm – göz; Xunbar – qan yağdıran; Səlasil – zəncir; Qəmər – ay; Payan – son; Nəmitəvanəm – bacarmıram; Bimar – xəstə; Nigar – sevgili, bəzəkli; Qərz – borc; Yek – tək, bir; Məğbun – yarımamaq; Dəstgir – əldən tutan, köməkçi; Hicr – ayrılıq; İxlas – sevgi, səmimiyyət; Raz – sirr; Hatif – qeybdən gələn səs, qışqıran, səslənən; Sərbaz – əsgər; Cinan – cənnətlər; Fərxəndə – uğurlu; Dilaram – ürək dincliyi, gözəl; Səqər – cəhənnəm; Şayəd – ola bilsin ki; Tab – güc, qüvvət, işıq; Xublar – gözəllər; İnfial – utanmaq; Keyvan – Zühəl ulduzu, Saturn ulduzu; Bərgi – lalə – lalə yarpağı; Çakər – nökər; Kövkəb – ulduz; Qatında – yanında; Kirdar – iş, əməl; Xurşid – günəş; Nahid – Zöhrə ulduzu; Peyvəstə – daimi, bitişik; İtab – acıq, danlama; Məh – ay; Mərdüm – xalq, göz bəbəyi; Vəhşət – qorxma, vəhşilik; Diriğ – heyf; Xak – torpaq; Vərtə – təhlükə; Təbah – puç; Xirədmənd – ağıllı; Tən – bədən; Xüşk – quru; Dud – tüstü; Pir – qoca; Firqət – ayrılıq; Müdam – davamlı, həmişə; Zöhd – pəhrizkarlıq; Xişm – acıq; Bədru – pis üzlü; Qəzənfər – şir, igid; Xərguş – dovşan; Xub – yaxşı; Çub – çubuq, ağac, çöp; Kəfş – başmaq; Hərgiz – heç vaxt; Firiştə – mələk, çox gözəl; Ənban – yol dağarcığı, dəri; Güvah – şahid; Razi – dil – ürək sirri; Ağaz – başlama; Məlamət – danlaq, qaxınc; Hərim – məhrəm yer; Fasid – araqarışdıran, pozğun; Qutlu – mübarək, uğurlu; Nihan – gizli; Mərdud – rədd edilmiş; Baz – qızıl quş; Müzəyyən – bəzəkli, zinətli; Vayə – nəsib, pay, məqsəd; Tapança – şillə; Müəttər – ətirli; Şükufə – çiçək; Bürqə – üz örtüyü; İsar – bəxşiş, bəyənmə, seçmə; Mərkəb – minik; Yeksan – bərabər, düz; Hüveyda – bəlli, aşkar; Peyda – aşkar, tapılmış; Manənd – bənzər, tay; Kəşti – gəmi, qayıq; Çak – yırtıq; Məqal – söz; Rih – yel, yel ağrısı; Səna – dua; Fərda – sabah; Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Təhrir – yazmaq; Təqrir – söyləyib anlatma, yerləşdirmə; Başəd – olsun; Dəşt – çöl; Cəmil – gözəl; Süxən – söz; Siyah – qara; Çah – quyu; Xamə – qələm; Mənqul – köçürülmüş, yayılmış; Əbru – qaş; Piçidə – əymək, dolaşdırmaq; Təhəyyür – heyrətlənmək; Bad – külək; Dərdəm – dərhal; Peyğam – sifariş; Vəsl – qovuşmaq; Münafat – əkslik, ayrılıq, uyğunsuzluq; Rikab – minik, üzəngi; Süxəndan – danışığını bilən; Savul – çəkil, get; Şəmayil – surət, təbiət; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Üzar – yanaq; Sürahi – uzun boğazlı şərab şüşəsi; Mül – şərab, çaxır; Zəbun – zəif, əldən-ayaqdan düşmüş; Bəid – uzaq, yad; Xəmidə – əyri, bükülmüş; Üryan – çılpaq; Vəch – səbəb, üz; Nigari – tənnaz – gözəl sevgili, nazlı gözəl; Pəyam – sifariş; İkram – hörmət, təzim; Üyub – eyblər; Şümar – say; Hilal – aypara; Hicab – örtük, pərdə, utanma; Səbu – bardaq, kuzə; Nikbət – fəlakət, bədbəxtlik; Damu – cəhənnəm; Cuş – qaynamaq, coşma; Mənquş – nəqşlənmiş; Səbük – yüngül; Qəbih – çirkin; Saiqə – ildırım; Dersən – deyirsən; Xas – seçilmiş; Həmta – bənzər, oxşar; Zəval – bəla, məhv olma; Pürxun – qanla dolu; Çəng – musiqi aləti; Ədd – say, sayma; Münafiq – günahkar, düşmən; Navək – ox; Həzl – həcv; Məhru – ayüzlü; Bab – qapı, fəsil; Vey – o; Nik – yaxşı; Səxt – bərk, möhkəm; Nikuxah – yaxşılıq istəyən; Əsən – sağ; Mükərrər – dəfələrlə; Xiş – yaxın, qohum; Gümrah – yoldan azmış; İrşad – doğru yol göstərmə, öyüd vermə; Tutuq – örtük, pərdə; Çar – dörd; Kah – saman; Təxəllüf – boyun qaçırmaq; Məmat – ölüm; Məhfuz – qorunmuş; Kişvər – ölkə; Sövt – səs; Əfşan – saçan, səpən; Eşik – qapı, həyət; Əxtər – ulduz; Zində – yaşayan, diri; Xəm – əyri, əyilmiş, bükülmüş; Türrə – birçək, tel; Səng – daş; Rəncur – incimiş; Xətt – yanaq, yazı; Zənəx – çənə; Lala – parlaq, cilalı; Peyk – qasid, xəbər aparan; Bünyad – özül, kök; Dam – tor, tələ; Əbsəm – lal, danışmamaq; Tar – qaranlıq; Gərdiş – dolanma, gəzinti; Sərbəsər – başdan-başa; Düş – yuxu, röya; Dərun – iç, ürək; Şəfiq – ürək-dirək verən; Səbəq – dərs, yarışda mükafat; Pərdəpuş – örtülü, gizli; Əkməl – çox yetkin, ən kamallı; Ziba – gözəl; Pay – ayaq; Baran – yağış; Mədh – tərif; Füzul – uzunçu, yersiz danışan; Nabak – qorxusuz; Salus – hiyləgər; Giryə – ağlama; Puş – geymək, örtmək; Əfkar – yaralı; Cövf – iç, içəri, oyuq, içi boş; Fəraqnamə – ayrılıq məktubu; Zinhar – saqın, aman; Nar – od; Leylü – nəhar – gecə-gündüz; Dün – dünən, gecə; Müshəf – Quran; Mürəffəq – yaxın yoldaş; Tanə – sırğa; Dilrüba – gözəl, könülalan; Fərzənd – övlad; Camə – paltar; Sərzəniş – danlaq, qaxınc; Sərd – soyuq; Gərm – isti; Tuba – cənnət ağacı; Ariz – yanaq; Dəst – əl; Niş – iynə, tikan; Əşk – göz yaşı; Cövr – zülm; Əltaf – lütflər; Qəllaş – əliaçıq, müflis; Cari – axan, axıcı; Behtər – yaxşı; Xun – qan; Səvadi – mərdüm – göz qorası; Dürəfşan – inci saçan; Zud – tez; Nisar – saçma, dağıtma; Mərdümi – kişilik; Mürdə – ölü; Fovt – ölmək; Rüx – üz; Qaim – möhkəm, bərk; Fəttan – fitnəkar, cazibəli; Səhn – səhnə, həyat, meydan; Nigəhdar – gözətçi, qoruyan; Timar – xəstəyə baxmaq; Dəvvar – dövr edən; Çələb – Tanrı; Təzyin – zinətli; Məani – mənalar; Laf – söz, danışıq; Nov – təzə, yeni; Mənna – mərhəmət; Rəz – tənək, meynə; Təşnə – susuz; Zəxm – yara; Tiz – iti; Dilşikəstə – ürəyi sınıq; Tərəb – şadlıq, sevinc; Bürhan – dəlil-sübut; Əqiq – dəyərli qırmızı daş; Qəvvas – üzgüçü; Şahid – gözəl; Xocəstə – xoşbəxt; Taban – parlaq; Yekta – yalnız, misilsiz; İctinab – çəkinmək; Müəzzin – azançı; Talib – tələb edən, istəyən; Xəffaş – yarasa; Məndil – yaylıq; Qal – danışıq, mübahisə; Həbib – dost; Afət – bəla, gözəl; Təbdil – dəyişdirmək; Sayru – xəstə; Suz – yanma; Zad – doğulmuş