Əsas məzmuna keç

Qoşma

Dedim – dedim

Məxdumqulu Fəraqi

1

Dedim: «Üzün tabana». Dedi: «Bənzər!» Mənli xan, Dedim: «Qoydun ərmana». Dedi: «Könüldür viran», Dedim: «Ölürəm indi». Dedi: «Qalarsan aman», Dedim: «Ox kirpiklərin». Dedi: «Qaşlarım kaman», Dedim ki: «Puşeş geymiş». Dedi: «Doni-zərəfşan».

Dedim: «Üzdə xallar var». Dedi: «Ruyda güllər, hey», Dedim: «Qumru zəbandır». Dedi: «Şəhdi-dillər, hey», Dedim: «Gəl, sən xəbərləş». Dedi: «Bilər ellər, hey», Dedim: «Ol nə sərvdir?» Dedi: «İncə bellər, hey», Dedim: «Tavus bəs hardan?» Dedi: «Cayi-Hindistan».

Dedim: «Gecən qaranlıq». Dedi: «Uyğuda ayım», Dedim: «Kimlər yasavul?» Dedi: «Kirpiyim − yayım», Dedim: «Harda məskənin?» Dedi: «Laməkan cayım», Dedim: «Zərəfşan olar». Dedi: «Kövsərdir çayım», Dedim: «Ondan ver mənə!» Dedi: «İstərmiş bican».

Dedim: «Bu nə tütündür?» Dedi ki: «Qara marlar», Dedim: «Qorxaram ondan». Dedi: «El-oba zarlar», Dedim: «Sözün əslini». Dedi: «Sorar, duyarlar», Dedim: «Sirri faş etdin». Dedi: «Demiş əğyarlar», Dedim: «Ölüm var sənə». Dedi: «Sənə həm fərman».

Dedim: «Ey Məxdumqulu!» Dedi: «Gözlər yaş olar!» Dedim: «Ol nə oğlandır?» Dedi: «Sizə baş olar», Dedim: «Yaxındır Kəbə». Dedi: «Köhnə daş olar», Dedim: «Yaxşı zamandır». Dedi: «Bu həm düş olar», Dedim: «İndi gedərəm». Dedi: «Getsən, var aman!»

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.