Dedim-dedi
Qonşu qızdan qənd istədim: – Özüm qəndəm, balam, – dedi. – Qızarıbdı yanaqların, – Alma kimi alam, – dedi.
Dedim: – Səndə bu dil nəymiş, Dedi: – Qonşum əcəb bəymiş. Dedim: – Gözəl olur dəymiş, – Hələ tezdi, kalam, – dedi.
Dedim: – Məndə yoxdu dözüm, Dedi: – Sənə qurban özüm. Dedim: – Səni tutdu gözüm, – Dilim yoxdu, lalam, – dedi.
1973, 10 oktyabr