Dedim – dedi
Dedim: – Gur saçların nə tez ağardı, – Payızın saldığı qırovdur, – dedi.
Dedim: – Ömür nədir səndən ötəri, – Əcəlin əlində bir ovdur, – dedi.
Dedim: – Bəxtin sənə heç yar oldumu, – Gözləri kor olub, qarovdur, – dedi.
Dedim: – Hansı diyar yetirib səni, – Yurdum yad əllərdə girovdur, – dedi.