Əsas məzmuna keç

Qoşma

Dedim-dedi

Zəlimxan Yaqub

1

Niyə fikirlisən dedim, ay qoca, Bir kimsə yaramı sarımaz dedi. Arsızam, yaşadım bu günə qaldım, Arım az, arım az, arım az dedi.

Yaxınlar tanımaz, uzaqlar anmaz, Heç kəs bir dərdinə, oduna yanmaz, Bəxti yatanların bəxti oyanmaz, Heç vaxt yoxsulunku yarımaz, dedi.

Gözündən tökülər ağların çayı, Toyunun yasına qarışar vayı, Bağlanar qapısı, kəsilər payı, Yetim yarısa da, qarımaz dedi.

2010, 1 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.