Əsas məzmuna keç

Gəraylı

Dedim

Zəlimxan Yaqub

1

Başım üstdən böhran keçdi, Sözüm səni çapar, dedim. İtirsən də ilim-ilim, Məni şeirim tapar dedim.

Lap olsan da oddan betər, Gələ bilməz mənə xətər. Tək ilhamım, eşqim yetər, Nəyim varsa apar, dedim.

Yaxşı düşün şair haqda, Bir nəğmədi min dodaqda. Kök atmışam bu torpaqda, Hünərin var qopar, dedim.

1974

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.