Əsas məzmuna keç

Qoşma

Dedim

Zəlimxan Yaqub

1

Yar ilə vəfanı bir dəfə bağla, Yersizdi yüz iman, yüz ilqar, dedim. Dostun ətəyindən dördəlli tutdum, Yaşasın arada düz ilqar, dedim.

Yaxşıya can vermək adətdi məndə, Gərək sevgisinə qul ola bəndə. Nəcib nanəcibə yaxın gələndə, Kəs əhdi-peymanı, üz ilqar, dedim.

Dostum dost olanda canı sağ ollam, Yanağı saralmaz bağça-bağ ollam. Cavan Zəlimxanam, uca dağ ollam, Saxlaram başımda yüz ilqar, dedim.

1973, 14 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.