Dedim
Yolumdan saxladı bir gözəl məni, Ovsundu ya gözlər, ya xallar, dedim. Yetər təbiətin özü verdiyi, Nə lazım üzünə yax allar, dedim.
Çoxdu qəlbin yandıranı, yaxanı, Ol eşqimin ya sultanı, ya xanı. Aşiqi yandırıb, açma yaxanı, Səni də yandırıb-yaxallar dedim.
Deməsinlər ağa qara yamandı, Qoy desinlər sevdiyi qız yamandı. Göz-qulaq ol, dilə düşmək yamandı, Nahaqdan bir ləkə yaxallar dedim.
1972, 17 sentyabr