Dedilər
Ey yaranlar, yavuz dastan bitildi, Bir qoçaq fanidən keçdi dedilər. Axır zaman oldu, günəş tutuldu, Ay-günün şöləsi qaçdı dedilər.
Qəfildən başladı ayrılıq çağı, Seydim Tarxan çəkər dərdi-fərağı, Ömrünün hasili − yalnız çırağı, Badi-xəzan vurub, keçdi dedilər.
Getdi Övəzgəldi, yenə çox zatlar, Pozuldu söhbətlər, qəm oldu şadlar, Qardaşlar, sirdaşlar, yaxınlar, yadlar, Qara geyib, qan ağlaşdı dedilər.
Bədəv atlı, bəy kəmərli, yaraqlı, Dövlətə, zinətə, malına bağlı, Mehmanlı bir ərdir, zatlı, otaqlı, Bu bülənd ordası çaşdı dedilər.
Tənhalıq həsrəti başdan ötərmiş, Oğulsuzluq bütün işdən betərmiş, Züryətsiz igidin yeri itərmiş, Yurdu yox, karvanı köçdü dedilər.
Məxdumqulu, Türküstanın törəsi, Bir qoçaqdır – Söyünxanın çarəsi, Savaş günü eşidilməz nərəsi, Bu qara torpağı qucdu dedilər.