Əsas məzmuna keç

Heca şeiri

Dedilər

Zəlimxan Yaqub

1

Uluların ulu sözü əsrləri bəzədi, Min il əvvəl deyilən söz min il sonra təzədi. Sözlə bağlı dədələrin vəsiyyəti bizədi, Uca sözü başınızdan uca tutun dedilər.

Şair evi haqq evidi, o evi dərgah bilin, Nurlu sözü üzünüzə açılan sabah bilin. Ruhunuza, qəlbinizə, dilinizə şah bilin, Sözə şahlıq edənləri taca tutun dedilər.

2010, 16 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.