Əsas məzmuna keç

Heca şeiri

Dedi

Zəlimxan Yaqub

1

Kim sındırıb könlümü, Qəlbə dəyən daş dedi. Nədən yanır ürəyim, Gözümdəki yaş dedi.

Od yandırdı zəmini, Su batırdı gəmini. Bir dünyanın qəmini, Bir çatılan qaş dedi.

Duman gəlir, çən gəlir, Dərdə yol açan gəlir. Qocalıq haçan gəlir, Candakı təlaş dedi.

Bilirəm xislətini, Budur işin çətini. Düşmənin niyyətini Zəhərlənmiş aş dedi.

Yerdə kim, zirvədə kim, Ürəklərdə zədə kim. Dədə kimdi, gədə kim, Barışla savaş dedi.

2000, 25 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.