Dədə barışdırar, gədə küsdürər
Haqq üçün başını verər cəllada, Nə qorxu, nə də ki, hədə küsdürər. Şairi beş güllə susdura bilməz, Bir sözdən aldığı zədə küsdürər.
Tökər dolusunu, tökər qarını, Qatar-qarışdırar saf sularını. Şair ürəyinin arzularını, Zaman bulandırar, vədə küsdürər.
Bal ilə doldurar arı şanları, Haqq sevər Haqq üçün yarışanları. Bütün küsənləri, barışanları, Dədə barışdırar, gədə küsdürər.
2005, 23 iyul