De, gəlsin
Könül, sağlam toxum kimi, Səp dağa, düzə şeirini. Yaralara məlhəm eylə, İşıq bil gözə şeirini.
İnci gəzə, ləl axtara, Axtaran gözəl axtara. İgidlər əl-əl axtara, Gözəllər gəzə şeirini.
Ax çayın ahəngi ilə, Çax şimşəyin zəngi ilə. Çiçəklərin rəngi ilə, Naxışla, bəzə şeirini.
Dolu ürək, isti başnan, Gözləri yandıran yaşnan, Könüldəki od-ataşnan De, gəlsin, təzə şeirini.
2000, 15 dekabr