Dayanmaz
Könlümün şüşəsi, saqın ki, sınar, Toxunarsa ayna daşa, dayanmaz. Əl dəyməmiş yaralarım sızıldar, Vursan sinəm üstə maşa, dayanmaz
Xəstə könül istər narı görəndə, Ya dost dostu, ya yar yarı görəndə. Bülbül gül üstündə xarı görəndə, Qan ağlar, rüxsarı yaşa, dayanmaz.
Ələsgər də nazlı yara qul ola, Yanıb cismi atəşinə kül ola. Canı çıxar, dərd ürəkdə bol ola, Qəm qalxıb başından aşa, dayanmaz.