Əsas məzmuna keç

Qoşma

Dayanmaz

Zəlimxan Yaqub

2

Gözə baxdım, gözəlliyə can dedim, Heyf, o da gözdə, qaşda dayanmaz. Günlərimiz axıb gedər çay kimi, Selə dönər, dağda, daşda dayanmaz.

Yaz açılar, çiçək bitər, gül gələr, Fəsillərin səcdəsinə el gələr. Ay dolanar, il üstünə il gələr, İnsan ömrü bircə yaşda dayanmaz.

Ay Zəlimxan, bağlar töksə xəzəli, Yaddan çıxmaz eşqin ilki, əzəli. Dindirəndə könül sevən gözəli, Ruh bədəndə, ağıl başda dayanmaz.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.