Əsas məzmuna keç

Gəraylı

Dayanıb

Zəlimxan Yaqub

1

Hər xeyrin qarşısında Bəd əməl, bəd iş dayanıb. Bağrımızı deşmək üçün Qızardılmış şiş dayanıb.

Göy yerə qovuşa bilmir, Can atır, yovuşa bilmir. Xatadan sovuşa bilmir, Qayalar diş-diş dayanıb.

Yara ağırdı, bitişməz, Bu qada candan ötüşməz. Əsli Kərəmə yetişməz, Arada keşiş dayanıb.

2000, 17 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.