Daşlar kimi
Şair ömrü daş ömrüdü, Yer üzünün hər küncünə səpilmişəm daşlar kimi. Sirr yerinə çevrilmişəm, Pir yerinə çevrilmişəm, öpülmüşəm daşlar kimi. Nə zaman ki, büt olmuşam İbrahimin baltasıyla çapılmışam daşlar kimi. İnsan əli mənə qayğı göstərəndə Saray olub, ehram olub, heykəl olub Yoğrulmuşam, yapılmışam daşlar kimi. Məni sevən, məni duyan olmayanda Bu dünyanın sirləriylə Öz içimə, öz dünyama qapılmışam daşlar kimi. Zəlzələlər atıb məni yer altına, Min il sonra olsa belə itməmişəm, tapılmışam daşlar kimi.
2009, 14 aprel