Daşımıza
Şum fələk girdaba saldı çox xəyal başımıza, Çıxsaq əgər ki, kənara, tor vurar daşımıza.
Baş alıb gedib bu yurddan, tutsam ki qeyri vətən, Gələr ol fəsli-baharda, yağmuru qışımıza.
Köç durar könlüm qoşunu, baxıban fərmanına, Gündə bir vəkili yollar, ərz edib qaşımıza.
Ruyi-qamətini görsəm, yox qərarım, neylərəm, Gündüzlərə nalış etsəm, gecə girər düşümüzə.
Ölübən yar əlindən, oldum ki mən həm bəs şəhid, Bir zaman rahat verməz, quşlar qonar leşimizə.
Yoxdur rəhmi şum fələyin, ayırar dost-yarından, Gör, necə əyyam ötəndir, düşməz göz qardaşımıza.
Bunca ərz edib hey baxsam yoluna gözlər tutub, Ürəyi daşdan qatıdır, əriməz nalışmıza.
Qarı molla − Fəraqi, ötdü igidlik fəslimız, Gündə yüz vəqt nalış etsəm, çarə yox yaşımıza.