Əsas məzmuna keç

Qoşma

Daş təcnisi

Zəlimxan Yaqub

1

Allah özü memarıdı daşların, Yaranmadan yaraşıqdı daş daşa. Elə bil ki, yerdə çaxır ildırım, Dığırlanıb hər dəyəndə daş daşa.

Sevgi toxum, sevgi sünbül, sevgi dən, Saçımızda sevgi nişan, sevgi dən. Yerlər, göylər atəş ala sevgidən, Sular kimi daş qaynaya, daş daşa.

Çaxmağı çax, ocaq qala, daş qala, Daş saraydı, daş hasardı, daş qala. Vay o gündən insan qəlbi daş qala, Vay o gündən insan qəlbi daşdaşa.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.