Əsas məzmuna keç

Qoşma

Daş

Zəlimxan Yaqub

3
Ay daş atan bəxtəvər, Daşın da öz vaxtı var.

Can atma ağzıma qıfıl vurmağa, Sən qıfıl olarsan, haqq açar, bala! Mənim ürəyimdə olan sevgiyə, Bütün qapıları haqq açar, bala!

Daş atma yastığı daş olmuş kəsə, Səsimdən yer gələr, göy gələr səsə. Ayağı altını hər kim görməsə, Başının üstündən haqq qaçar, bala!

Haqqı oda tulla, atəşdə yanmaz, Həqiqət yolçusu yoldan usanmaz. Mən ona aşiqəm, o məni danmaz, Etmişəm sevgimi haqqa car, bala!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.