Əsas məzmuna keç

Heca şeiri

Danlama

Zəlimxan Yaqub

1

Ay gözəlim, sözdü, çıxdı dilimdən, Pərişanam, pərişanı danlama. Yetməmişəm məhəbbətin sirrinə, Soruşanam, soruşanı danlama.

Gözlərində sevinc də var, qüssə də, Vurğunuyam, ürəyimi üzsə də. Ürək dönməz, incisə də, küssə də Barışanam, barışanı danlama.

1975, 15 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.