Əsas məzmuna keç

Qoşma

Danışsın

Zəlimxan Yaqub

1
Poeziya məclislərinin birində uzun-uzadı, mənasız, mətləbsiz çıxışlar, söhbətlər gedirdi. Məclisi təravətli sonluqla bitirmək üçün Mikayıl Mirzənin çıxışını axıra saxlamışdılar. Dözə bilmədim, elə oradaca bu sətirlər dilə, qələmə gəldi.

Sözü sahibinə, yiyəsinə ver, Qoyma hər danışan hərzə danışsın. Zili qaydasında, bəmi yerində, Danışır, Mikayıl Mirzə danışsın.

Dərmanı kimdədi üzülən canın? Günahı kimdədi tökülən qanın? Başı nələr çəkdi Azərbaycanın, – Cahana söyləsin, ərzə danışsın.

Sağalsın millətə vurulan yara, Çəksin kəmfürsəti boğazdan dara, Gur səsi yetişsin kar qulaqlara, Salsın ürəklərə lərzə, danışsın.

Dilində gəncliyin, sabahın sözü, Sözün silahı var, silahın sözü. Allahlıq eyləsin Allahın sözü, Çevrilsin şeşpərə, gürzə danışsın.

2004, 30 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.