Əsas məzmuna keç

Qoşma

Danışmadı

Zəlimxan Yaqub

1

Bir bulaq başında üz-üzə gəldik, Gözlər danışsa da, dil danışmadı. Damla da səsini içinə çəkdi, Çiçək danışmadı, gül danışmadı.

Sinəni şeirimə varaq istədim, Gözünü eşqimə çıraq istədim, Əlini saçıma daraq istədim, Barmaq oynamadı, tel danışmadı.

Getmədi ürəkdən həsrətin izi, Pəhləvan olanın titrədi dizi. Biz necə sevdik ki, bir-birimizi, Bizim eşqimizi el danışmadı.

1975 İsmayıllı

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.