Əsas məzmuna keç

Heca şeiri

Danışıram

Zəlimxan Yaqub

1

Öz-özümlə danışmaqdan yorulanda, Öz içimə çəkilməkdən yorulanda, Qələm olub, dəftər olub, varaq olub, Torpaq kimi əkilməkdən yorulanda, Üz tuturam müdriklərin söhbətinə, Düşüncəli başlar ilə danışıram!

Şər qarışır, axşam düşür, sabah olur, Şair dönür ovçu olur, səyyah olur. Könül dostum Tanrı adlı dərgah olur, Harda olsam, başım üstə Allah olur, Göy üzündə quşlar ilə danışıram!

Kərəm məni danışdırır güllər ilə, Keşiş məni boğur qara əllər ilə. Vaxt olur ki, ötürəm bülbüllər ilə, Vaxt olur, bayquşlarla danışıram!

Alışıram, od yenə sözümə düşür, Dayanıram, zor yenə dözümə düşür. Ağlayıram, güc yenə gözümə düşür, Gözümdəki yaşlar ilə danışıram!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.