Danışar
Bu gün mənim dilim dinməz, damarda qanım danışar, Susar dilim, baxar gözüm, ruhum və canım danışar.
Düşən axşam, gələn gecə, doğan səhər şeirə dönər, Ulduzlarla pıçıldaşar, sökülən danım danışar.
Məni görüb sevincindən yer də, göy də şeirə dönər, Hər çiçəyin bir nazı var, olar bir xanım, danışar.
Danışdıran bir kişi var, mən kiməm ki, söz danışam, İlham gələr, qələm yazar, sözüm, dastanım danışar.
Dənizlər, dağlar eşqimdir, düzlər, çəmənlər istəklim, Adına torpaq dediyim, dinim, imanım danışar.