Əsas məzmuna keç

Bağlama

Danışaq

Aşıq Ələsgər

1

Hikmət məclisində əyləşən alim, Gəl səninlə yol-ərkandan danışaq! Ələst aləmindən, qali-bəladan, Nuri-Əhməd yaranandan danışaq!

Kürsü, lohu, qələm nədən yarandı? Neçə min il gərdiş vurdu, dolandı? Nə əmr oldu, qərar tapdı, dayandı? Əvvəl nə xətt yazdı, ondan danışaq?

Təmusah balığın qədəri nədi? Nə yeyir, nə içir, mədarı nədi? Həqiqət qapısının açarı nədi? Onu açıb-bağlayandan danışaq!

Əgər haqq aşıqsan, "meydana gəl" de! Əhli-ruhsan, sözlərində "gözəl" de! Farsiyyət bilirsən şeiri qəzəl de! Ərəbxansan, gəl, Qurandan danışaq!

Ələsgər, qəm çəkmə, Xuda kərimdi! Yetmiş iki yolun hansı qədimdi? Həzrəti-Musanın anası kimdi? Bir xəbər ver, o dövrandan danışaq!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.