Əsas məzmuna keç

Qoşma

Danışammıram

Zəlimxan Yaqub

1

Vətənin dilində danışdır məni, Qürbətin dilində danışammıram. Tanrı nə dərd verib mühacirlərə, Hicrətin dilində danışammıram.

Baxdım bir kimsəsiz kəsə, darıxdım, Qəribdən duyduğum səsə, darıxdım. Nəsə tasalandım, nəsə darıxdım, Xiffətin dilində danışammıram.

Dinim söaz dilində, kaman dilində, Coşum dağ dilində, duman dilində. Uzun ayrılığın yaman dilində, Həsrətin dilində danışammıram.

2001, 9 iyul Vaşinqton

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.