Dan ulduzu çağırır
Ömür köhlən at kimi yol gedir yorta-yorta, Nə axşamlar dincəlir, nə səhər, nə günorta. Axşamın qaranlığı çəkir ölümə sarı, Səhərin aydınlığı örtür qaranlıqları. Dan ulduzu çağırır, yarat deyir, yaz deyir, Yaradanın ölümdən qorxusu olmaz, deyir.
2002, 27 aprel